Almaniyada RF vətəndaşları təhqir və təqib olunur - Rusiya XİN


Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri rus əsilli vətəndaşlara qarşı ayrı-seçkiliyin əleyhinə olduğunu bəyan edib.

"Almaniyada Rusiya vətəndaşlarının və rusdilli həmvətənlərinin təhqir edilməsi halları qeydə alınır, bütün ruslar təqib olunur". Belə bir açılama ilə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa ölkələri departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə müsahibəsində bildirib.
"Almaniyada Rusiyanı şeytanlaşdırmaq üçün kütləvi kampaniya başladılıb, Rusiya vətəndaşlarına və rusdilli həmvətənlərə əsassız təhqirlər edilməsi halları qeydə alınır. Əslində, rus olan hər şeyə qarşı genişmiqyaslı təqiblər gedir", - deyə Tyapkin bildirib.
Bir qədər əvvəl Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirmişdi ki, o, xaricdəki rusların müdafiəsi üçün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət edəcək.
Onun sözlərinə görə, xaricdəki ruslar təqiblərlə üzləşib. O qeyd edib ki, Ukrayna ilə bağlı vəziyyətə görə Avropa universitetlərində təhsil alan rusiyalı tələbələr hücuma məruz qalır və qovulur.
İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev isə bildirib ki, o, rusların təqibinə görə Avropadakı hüquq müdafiəçilərinə müraciət etmək niyyətindədir, Şura bunun üçün faktlar toplayır.
Bundan sonra Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri rus əsilli vətəndaşlara qarşı ayrı-seçkiliyin əleyhinə olduğunu bəyan edib./Sputnik. /


Tarix: 7-03-2022, 21:12
Xəbəri paylaş





Xəbər lenti