Ukrayna Rusiyaya müharibə "sürprizi" edəcək? – AÇIQLAMA


Ukrayna Rusiyaya müharibə "sürprizi" edəcək? – AÇIQLAMA

“Müdafiə Nazirliyi xaricdən silah tədarükündə əhəmiyyətli irəliləyişlər olduğunu bildirir ki, bu da ruslar üçün sürpriz olacaq”.
Cebhe.info-nun məlumatına görə, Ukraynanın müdafiə naziri Oleksey Reznikov özünün “Facebook” səhifəsində belə yazıb.
“Düşmənin böyük itkilər verməsi ilə əlaqədar hərbi əməliyyatların intensivliyi müvəqqəti olaraq azalıb. Bununla belə, rus işğalçıları qüvvələrini və vasitələrini yeni hücum dalğası üçün cəmləşdirməyə çalışırlar. İlk növbədə, Kiyev, Xarkov, Çerniqov və Nikolayevə. Müdafiəmizi gücləndirmək üçün hər dəqiqədən istifadə edirik. Bütün səylər müdafiəçilərimizin və müdafiədəkilərimizin ehtiyaclarını ödəməyə yönəlib. Silah və sursat tədarükü ilə bağlı şərh verməyəcəyəm - bu, həssas məqamdır. Qoy düşmənə sürpriz olsun. Bilin ki, əhəmiyyətli irəliləyiş var.
Bundan başqa, son 3 gün ərzində artıq 50 mindən çox dəbilqə və zirehli geyim çatdırılıb” - müdafiə naziri belə qeyd edib
Tarix: 7-03-2022, 21:16
Xəbəri paylaş





Xəbər lenti