"Lənətə gəlmiş, Hitler kimi bunkerdə özünə güllə vur, dərsliklərə, tarixə düşərsən..."


 "Vladimir Vladimiroviç, Siz necə yata bilirsiniz, lənətə gəlmiş..."
 
Vera Serdyaçka təxəllüsü ilə çıxış edən ukraynalı artist Andrey Danilko hesab edir ki, Ukrayna Rusiya ilə müharibədə tab gətirməli və qələbə qazanmalıdır, çünki Ukrayna vətəndaşlarında motivasiya var, amma rusiyalılar müharibənin məqsədini anlamır.
 
Moderator.az xəbər verir ki, belə fikri o, "QORDON" nəşrinin sahibi Dmitri Qordona verdiyi müsahibəsində bildirib.
 
"Mən hiss edirəm ki, kimin nə deməsindən asılı olmayaraq, bu, sondur. Bunlar (mən "əsgərlər" ifadəsini işlətmək istəmirəm) yeniyetmələr, uşaqlar, top yemi, - necə istəyirsiniz adlandırın, - əsgər deyil. Başa düşürsənmi, onlarda motivasiya yoxdur: nəyə görə?
Mən Putindən soruşmaq istəyirəm: nəyə görə?
Xarkovu bombalamaq nəyə görə lazımdır? Məqsəd nədir?
Bəs Mariupol? "Benderlər" şəhəri?
Bütün bunların məqsədi nədir?
Vladimir Vladimiroviç, Siz necə yata bilirsiniz, lənətə gəlmiş...Həə...Siz bunları bilə- bilə necə yatırsınız? Bunlar, axı, heç bir məntiqə sığmır",- Danilko deyib.
 
O, hesab edir ki, Rusiya əsgərləri Ukraynada yalnız əmrə görə atəş açırlar, ona görə də qorxurlar.
 
"Ukrayna tab gətirəcək. Rusiya əsgərləri nədən döyüşdüklərini bilmir. Onlar qorxudan atəş açırlar, çünki onlara belə əmr edilib və buna görə də qorxurlar. Mən onlara qaçmağı və əsir düşməyi məsləhət görürəm, heç olmasa həyatınız yaxşı olar. Bizim əsgərlərin motivasiyası var- vətənimizi qoruyuruq",- artist belə deyib.
 
"Mən atəş açmağı bacarmıram, mən pis görürəm, amma, Allah eləməsin, belə vəziyyət yaranarsa, düşünmədən atacağam. Çünki mən anlayıram ki, biz öz ərazilərimizi, öz evimizi qoruyuruq",- artist belə deyib.
 
Baş verənləri Danilko ikinci dünya savaşı ilə müqayisə edir. Onun fikrinə görə, Rusiya Almaniyanın taleyini yaşayacaq.
 
"Bu nə qədər Almaniyaya bənzəyir. Bunu anlayandan sonra insanlar xəcalət çəkəcək!
Əgər o, bu qədər Hitlerə bənzəmək istəyirsə, elə Hitler kimi davransın! Lənətə gəlmiş, get bunkerdə özünə güllə vur, öldür, arzuladığın kimi dərsliklərə, tarixə düşərsən...
Mən çox istərdim ki, bu, baş versin. Bu, onun üçün çox yaxşı ssenari olardı. Məhkəməsiz. Onun üçün ən yaxşısı özünə güllə vurub öldürməkdir. Bəli, mənə elə gəlir ki, ən yaxşısı budur",- Danilko deyib.

Tarix: 8-03-2022, 16:44
Xəbəri paylaş





Xəbər lenti