Rusiyada gənclərin Ukraynaya göndərilməməsi üçün hərbi komissarlıq yandırıldı...-VİDEO


Rusiyada gənclərin Ukraynaya göndərilməməsi üçün hərbi komissarlıq yandırıldı...-VİDEO
"Qoy... bilsinlər ki, öz xalqları onlara nifrət edir və onları sındıracaq. Tezliklə onların ayaqları altında yer yanmağa başlayacaq, evlərində də onları cəhənnəm gözləyir..."
 
Rusiyada hərbi çağırışçıların Ukrayna müharibəsinə göndərilməməsi üçün komissarlığı yandırıblar. Yanğını törədən şəxs hər şeyi lentə alıb. O, çağırışçıların şəxsi işləri  olan arxivi də məhv etmək istəyib.
 
Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, rusiyalı anonim şəkildə telegram- kanallarından birində motivlərini paylaşıb.
 
O, Moskva vilayətinin Luxovitsı şəhərindəki hərbi komissarlığı yandırıb. Bundan başqa, həmin şəxs binanın yaxınlığındakı darvazaları Ukrayna bayrağının rənglərinə boyayaraq “qardaşlarını öldürməyə getməyəcəyini” yazıb. O, hərbi xidmət binasının fasadına benzin vurub, şüşələrini sındırıb və onlara “Molotov kokteyli” atıb.
 
"Məqsəd çağırışçıların şəxsi işləri olan arxivi dağıtmaq idi, o, bu hissədə yerləşir. Bu, rayonda səfərbərliyin qarşısını almalıdır. Ümid edirəm ki, sinif yoldaşlarımı əsirlikdə və ya ölənlərin siyahısında görməyəcəyəm", - deyə  yanğın törədən  şəxs deyib. 
O, həmçinin qeyd edib ki, öz hərəkəti ilə Rusiya Federasiyasındakı etirazçıları ruhlandırmaq istəyir. Rusiyalının fikrincə, onlar daha qətiyyətli olmalıdırlar. Yanğınçı qeyd edib ki, insanlar Ukraynadakı müharibəyə qarşı daha fəal çıxış etsələr, bu, Rusiya ordusu və hökumətinin ruhunu daha da sındıracaq.
"Qoy... bilsinlər ki, öz xalqları onlara nifrət edir və onları sındıracaq. Tezliklə onların ayaqları altında yer yanmağa başlayacaq, evlərində də onları cəhənnəm gözləyir", -  hərbi komisarlığı yandıran rus belə deyib.
 
Sultan Laçın

 

Tarix: 9-03-2022, 11:14
Xəbəri paylaş





Xəbər lenti