"Demokratiya zülmətdə ölür, müstəqil informasiya axını insanlığa ümidləri saxlamaq üçün zəruridir"


Rusiyada total senzura: Avropa nəşrləri Ukraynadakı müharibə xəbərlərini rus dilində dərc edir...
 
Avropanın bir neçə qəzeti Ukraynadakı müharibə haqqında xəbərləri Rusiyada tətbiq edilən total senzura və müstəqil KİV-lərin yoxa çıxması səbəbindən rus dilində dərc etməyə başlayıb.
 
"Rusiya vətəndaşlarının müstəqil informasiya hüququ olmalıdır. Ukraynada hazırda baş verənlər faciədir və bunu rusiyalılara Rusiya təbliğatı prizmasından təqdim etmək olmaz", -
 
Moderator.az xəbər verir ki, Finlandiyanın "Helsinkin Sanomat" qəzeti, İsveçin "Daqens Hühete" və Danimarkanın "Politiken" nəşrlərinin birgə bəyanatında deyilir.
 
Jurnalistlərin fikrinə görə, Rusiyanı idarə edənlər bütün vasitələrdən istifadə edərək, həqiqi informasiyanı öz vətəndaşlarından gizlətməyə səylər edir və onları təbliğatla əhatə edir. Lakin rusiyalılar bilməlidir ki, oğullarını qeyri- müəyyənliyə düçar ediblər, günahsız insanlar necə həlak olur, yaralanır, iki milyon ukraynalı öz ölkəsindən qaçmağa məcbur olub.
"Demokratiya Zülmətdə ölür. Müstəqil informasiya axını sülhə və insanlığa ümidləri saxlamaq üçün zəruridir", -məlumatda belə deyilir. Balaca, qansız, müzəffər? Rusiyada KİV- lərə müharibə haqqında yalnız "Rusiyanın rəsmi mənbələrinə" istinadən yazmağı öhdəsinə qoyulub.
 
Müharibədən keçən iki həftəsi ərzində media məkanından praktiki olaraq Rusiyanın bütün müstəqil KİV- ləri yoxa çıxıb. Hakimiyyətin təklif etdiyi şərtlər əsasında yalnız "Novaya qazeta" fəalyyət göstərir. Ölkə ərazisində beynəlxalq sosial şəbəkələr, rus dilində olan xarici informasiya agentlikləri, məsələn, BBC, "Azadlıq radiosu, "İndiki zaman", "Amerikanın səsi", "Alman dalğası" bloklanıb. Bundan başqa, telekanallar "Blumberq", CNN, CBC, ABC , "Diskaveri"media şirkəti Rusiyada fəaliyyətinə son verib.
 
İnformasiya azadlığı uğrunda çıxış edən Rusiya ictimai hərəkatı olan "Roskomsvoboda" bəyanat yayaraq Qərbin informasiya teznologiyaları sahəsində tətbiq etdiyi sanksiyaları tənqid edib.

Tarix: 11-03-2022, 10:37
Xəbəri paylaş





Xəbər lenti