UKRAYNA ORDUSU ƏKS-HÜCUMA KEÇİB, RUSLARA AĞIR ZƏRBƏLƏR VURDU - Rus ordusu bu şəhərləri yenə qana boyadı



Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks-hücuma keçiblər.
Bu barədə Odessa vilayəti üzrə hərbi administrasiyanın operativ qərargahının nümayəndəsi Sergey Bratçuk sosial şəbəkə hesabında yazıb.
“Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında əks-hücuma keçib. Bu ərazidə Ukrayna ordusunun aktiv hücum fəaliyyətləri nəticəsində düşmən Topolsk, Şpakovka, Donetsk rayonlarında ağır itki verərək geri çəkilib”, - deyə o bildirib.
Bu arada Ukraynanın 10-cu dağ-hücum briqadası Rusiya ordusuna məxsus hərbi texnikanı məhv edib. Bu barədə briqadanın “Facebook” hesabında paylaşım edilib.
Görüntülərdə Rusiya ordusuna məxsus hərbi kolonun çox sayda məhv edilmiş texnikası əks olunub.

Ukrayna Müdafiə Nazirliyi isə ölkədəki son durumla bağlı operativ məlumat yayıb. Bu barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 4 təyyarəsi, 3 helikopteri məhv edilib: “Qarşı tərəf heç bir istiqamətdə ciddi uğur qazana bilməyib. Rusiya Silahlı Qüvvələrinin əsas səyləri işğal olunmuş ərazilərdə möhkəmlənməyə sərf edilib. Onların silah və hərbi texnika təminatı üçün mülki obyektlərdən, o cümlədən dini yerlərdən istifadə etdiyi aşkarlanıb. Qarşı tərəfin mənəvi-psixoloji durumu aşağıdır. Beləliklə, Rusiya hərbçiləri komandanlığın əmrlərini icra etrməkdən boyun qaçırırlar”.
Rəsmi informasiyaya görə, Belqorod Hərbi Komendantlığının hərbi düşərgəsi Rusiya ərazisindəki Belqorod şəhərində yerləşir: “Düşərgədə yaralanmış əsgərlər var. Onların bəziləri yenidən döyüşlərə qatılmaqdan imtina edirlər”.

Qeyd olunub ki, Belarusun xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcəklər.
Ukrayna Silahlı Qüvvələri “Bayraktar TB2” zərbə PUA-sının fəaliyyəti ilə bağlı yeni görüntüləri yayıb.
“Düşmənin nəzarət nöqtəsi məhv edildi!” - deyə qurumdan videoya şərh yazılıb.
Həmin görüntüləri təqdim edirik:

Ukrayna hərbçiləri Rusiya hərbi texnikasının Qostomel yaxınlığında İrpen çayını ponton körpü vasitəsilə keçməsinin də qarşısını alıblar.
Bu barədə “Maxar Technologies” şirkətinin peyk görüntüləri nəticəsində bəlli olub.
Belə ki, ilk dəfə 10 martda aşkar olunan ponton körpü Ukrayna ordusunun dəqiq zərbələri nəticəsində məhv edilib.

Martın 14-dək Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı da məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 90 helikopter, 389 tank, 1 249 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 64 reaktiv yaylım atəş sistemi, 617 avtomobil texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Rus ordusu isə şəhərləri bombalamaqda davam edir. Bu gün shər Rusiya qoşunları Ukraynanın Nikolayev vilayətinin Sniqirevka şəhərinə zərbələr endiriblər.
Rusiya qoşunlarının səhər saatlarında endirdiyi zərbələr nəticəsində şəhərdə böyük dağıntılar qeydə alınıb. Dağıntılar altında onlarla insanın qalması istisna edilmir. Ərazidə xilasetmə işləri aparılır. Həmin görüntüləri təqdim edirik:

Rusiya Ordusunun Kiyev vilayətinin Obolonski rayonunda doqquzmərtəbəli binanı top atəşinə tutması nəticəsində də ölən və yaralananlar var. Bu barədə Yerli Fövqəladə Hallar Dövlət Xidməti xəbər verib.
Məlumata görə, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər bina qismən dağılıb, üçüncü və dördüncü mərtəbələrdə isə yanğın baş verib.
Hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər xəstəxanaya yerləşdirilib, doqquz sakinə isə yerindəcə köməklik göstərilib.


Bundan başqa FHN əməkdaşları 15 nəfəri xilas edib, daha 63 nəfər isə təxliyə olunub. Dağıntılar altında qalanların axtarışları davam edir.
Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevi atdığı raket isə paytaxt üzərində vurulub. Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, havada zərərsizləşdirilən raketin qalıqları paytaxtın tarixi Kurenyovka rayonuna düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Həmçinin ərazidəki trolleybus da tamamilə məhv olub. Nəqliyyat vasitəsi boş olub.

Rusiya qoşunları Kiyevdə yerləşən “Antonov” aviazavoduna da zərbə endirib. Bu barədə Kiyev şəhər administrasiyasından bildirilib.
Zavodun ərazisinə üç raket düşüb. İlkin məlumata görə, hadisə zamanı itki olmayıb.

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətindəki Axtırka şəhərində də növbəti dəfə yaşayış məntəqələrini hədəf alıblar. Bu barədə şəhər meri Pavel Kuzmenko məlumat verib.
Onun sözlərinə görə, rusiyalıların aviazərbələri nəticəsində yaşayış evləri dağılıb, azı üç sakin həlak olub: Gecə Axtırka şəhəri havadan bombardman edilib. Onlar özəl sektoru, yaşayış binalarını vurublar, burada azı 3 mülki şəxs həlak olub. Digərləri isə hələlik tapılmayıb”.
Kuzmenko vurğulayıb ki, Axtırka şəhərini bombalayan pilotlar dinc sakinləri öldürdüklərini başa düşməlidirlər. Mer deyib ki, düşmən ordusu ruhdan düşüb, onlar irəlilədikləri bütün istiqamətlərdə məhv edilirlər. O həmçinin əlavə edib ki, “ruslar dinc əhalini bombalayır və bir millət olaraq bizi məhv etməyə çalışırlar”.

Sosial şəbəkələrdə Mariupoldakı son vəziyyətlə bağlı görüntülər yayılıb. Kadrlar drondan çəkilib. Videoda şəhərin alov, tüstü və dağıntılar içində olduğu görünür.
Məlumata görə, Rusiya ordusunun genişmiqyaslı əməliyyatlarına görə, Mariupolda qurbanların sayı 2500 nəfəri keçib.
Qeyd edək ki, Mariupol şəhəri artıq bir həftədən çoxdur ki tam mühasirədədir.

Rusiyanın Ukraynada 19 gün ərzində apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 90 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu bildirib.
Məlumata görə, uşaqlar daha çox Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Mikolayev və Jitomir vilayətlərində hücumun qurbanı olub, xəsarət alıblar.
Bildirilib ki, 379 tədris müəssisəi bombalanıb və atəşə məruz qalıb.
Mariupolda Rusiya Ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri dünyasını dəyişib. Bu barədə “Amerikanın Səsi”nin jurnalisti Asya Dolina “Facebook”da məlumat verib.
Dolina qeyd edib ki, bu məlumatı həmin gün hadisə yerindən reportaj hazırlayan fotoqraf Yevgeni Maloletka da təsdiqləyib.

Mariupolda Rusiya Ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri dünyasını dəyişib.
Bu barədə “Amerikanın Səsi”nin jurnalisti Asya Dolina “Facebook”da məlumat verib.
Dolina qeyd edib ki, bu məlumatı həmin gün hadisə yerindən reportaj hazırlayan fotoqraf Yevgeni Maloletka da təsdiqləyib.
“Mariupoldakı 3 nömrəli uşaq xəstəxanasının (doğum evi) partladıldığı ərazidən xərəkdə çıxarılan hamilə qadın ölüb. Onun yeni doğulan körpəsi də sağ qalmayıb”, - deyə jurnalist bildirib.
***
Martın 13-də Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini, üç helikopterini və bir dronunu məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Martın 13-də gün ərzində dövlətin hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, Su-34 və Su-25 kimi qırıcılarından ibarət qrup ukraynalı hərbçilərin müdafiə istehkamlarına zərbələr endirməyə cəhd göstərib. Hava hücumundan müdafiə qüvvələri düşmənin hava hədəflərinə zenit raketləri endirib. İlkin olaraq düşmənin üç təyyarəsi vurulub”, - məlumatda deyilir.
Bundan əlavə, zenit raket bölmələri işğalçıların üç helikopterini və bir pilotsuz uçuş aparatını məhv edib.
Tarix: 14-03-2022, 20:19
Xəbəri paylaş





Xəbər lenti