Cəfəngiyatın pik nöqtəsi...


Cəfəngiyatın pik nöqtəsi...
Heç demə ABŞ Ukraynada "rus millətini soyqırıma" məruz qoymaq üçün "etnik bioloji silah" hazırlayırmış...
Roqozin ABŞ-ı Ukraynada yalnız rus qadınlarının reproduktiv orqanlarını zədələyən silahın hazırlanmasında suçlayıb
 
Ukraynada guya işlənib hazırlanan bioloji silah qadınların reproduktiv sistemini və "müəyyən etnosların", o cümlədən "Rusiyanın rus əhalisinin" immunitetini zədələyir.
 
Moderator.az xəbər verir ki, bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin bəyan edib.
 
O, qeyd edib ki, təxminən bir il ərzində, 2017- ci ilin martından 2018- ci ilin aprelinədək, bioloji və kimyəvi təhlükəsizlik məsələləri üzrə hökumət komissiyasına rəhbərlik edib və dəfələrlə Amerikanın bioloji laboratoriyalarının Rusiyanın sərhədləri boyunca yerləşdirilməsi məsələlərinə baxılıb.
 
"Ölkəmizin rəhbərliyinə sirr deyil ki, Pentaqon tərəfindən Ukraynanın və Rusiya ilə qonşu olan digər ölkələrin təcrübə altında olan slavyanlarından alınan bioloji materiallardan istifadə etməklə aparılan bu bioloji eksperimentlərin məqsədi  Rusiyanın rus əhalisinə qarşı "etnik silah"ın işlənib hazırlanması olub", - Roqozin vurğulayıb və güman edib ki, Rusiyanın hərbi bioloqları tərəfindən alınan məlumatlar ABŞ  tərəfindən "rus millətinin soyqırımının etnik silahı"nın işlənib hazırlaması barədə fikir yürütməyə əsas verir.
 
Roqozin Ukrayna hakimiyyətini ABŞ- ın bu istiqamətdəki fəaliyyətinə səhlənkarlıqda və ya "birbaşa dəstəkdə" suçlayıb.
 
Xarırladaq ki, guya Ukrayna ərazisində bioloji silahın işlənib hazırlanması Rusiyanın bu ölkəyə hərbi müfaxiləsinə bəhanələrdən biri olub.
Tarix: 22-03-2022, 08:43
Xəbəri paylaş





Xəbər lenti