RUS MEDİASI SƏHVƏN ÖLƏN RUS ƏSGƏRLƏRİNİN SAYINI AÇIQLADI - FOTO



Ukraynada müharibənin davam etdiyi bir vaxtda Rusiya media qurumu həlak olan rus əsgərlərinin sayını açıqlayıb.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə hökumətə yaxınlığı ilə bilinən “Komsomolskaya Pravada” qəzeti paylaşım edib.
Bir müddət sonra saytdan silinən məlumatda, müharibədə 9861 rus əsgərinin öldüyü, 16153 əsgərin isə yaralandığı bildirilir.
Britaniya mediasının iddiasın görə, paylaşımı ukraynayönlü jurnalistlərdən biri edib.
Tarix: 22-03-2022, 15:02
Xəbəri paylaş





Xəbər lenti