İşğalın 27-ci günü – ərəb ölkələrində qıtlıq

Fransanın təkrar seçilmək üçün kampaniya aparan prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanı işğalından sonra ərzağın bahalanmasını kompensasiya etmək üçün kasıb ailələrə xüsusi talonlar verməyi nəzərdən keçirir.

Qaçqınlara yardım üçün Nobel medalını satır

Moskvada çıxan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını hərraca çıxarır. O, Rusiyanın səbəbsiz müharibəsinə görə ölkəsindən qaçmalı olan ukraynalı qaçqınlara kömək üçün pul yığacaq. 

Mariupolda ağır döyüşlər gedir

Müharibəyə qədər 400 min əhalisi olan Mariupolda son iki həftədə su, ərzaq, yanacaq olmadığı bildirilir. 

Rusiya neftinə embarqo məsələsində fikir ayrılığı var

Avropa İttifaqının liderləri martın 21-də keçirdikləri müşavirədə Rusiya neftinə embarqo qoyulması məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
Almaniya və İtaliya Rusiya neftindən son dərəcə asılı olduqlarını bildiriblər.
İttifaq istehlak etdiyi neftin 40 faizini hələ də Rusiyadan alır.
Azadlıq radiosu
Tarix: 22-03-2022, 22:00
Xəbəri paylaş





Xəbər lenti