"Ərzaq yox, yanacaq və döyüş sursatı çatışmır" - Rusiya qoşunlarının Ukraynadakı BİABIRÇI DURUMU


“Rusiya hərbçilərinin Ukraynada təchizat – ərzaq, yanacaq və texniki avadanlıqlarla bağlı ciddi problemləri var”. Bunu martın 22-də Pentaqonda qapalı brifinq zamanı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Pentaqon rəsmisi qeyd edib ki, işğal üçün gedən rus qoşunları lazımlı resurslarını hələ də toplaya bilməyiblər:

“Ruslar yanacaq və qida çatışmazlığından əziyyət çəkirlər. Onların təchizat və dəqiq idarə olunan döyüş sursatları ilə də bağlı problemləri var. Əvvəllər heç vaxt həyata keçirmədikləri bu irimiqyaslı əməliyyat bir aydır ki, davam edir və ruslar resursların yerinin doldurulması problemini hələ də həll edə bilməyiblər”.

Onun sözlərinə görə, Rusiya hərbçiləri maddi-texniki təminat, rabitə və kommunikasiya, hətta isti geyimlə bağlı da çətin vəziyyətdədirlər. O əlavə edib ki, rus əsgərləri texnika çatışmazlığı səbəbindən donmadan əziyyət çəkirlər:

“Biz həmçinin hesab edirik ki, rusların komanda və nəzarət problemi var. Rabitə olmadan logistika və təşviqat kimi işləri təşkil etmək çətindir. Rusiya hərbi gəmiləri üçün yanacaq çatışmazlığı da problemə çevrilib”.

Xatırladaq ki, martın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğalçıların yalnız 3 günlük sursat və ərzağının olduğunu bəyan etmişdi.KONKRET.az
Tarix: 23-03-2022, 10:58
Xəbəri paylaş





Xəbər lenti