Rusiyadan İstanbula qaçan Çubaysı bitirən o müraciət - VİDEO


Hakim “Vahid Rusiya” partiyası prezidentin dayanıqlı inkişaf üzrə sabiq xüsusi nümayəndəsini “xəyanətdə” ittiham etdi

Rusiyanın Ukraynadakı müharibəsi Kremlə yaxın oliqarxların arasında illərlə davam edən gizli münaqişələri qızışdırıb. Məlumdur ki, Putinin hərbi əməliyyatlara başlamaq qərarı təkcə Rusiyanın şou-biznesində deyil, oliqarxlar arasında da ciddi etirazla qarşılanıb. Rusiya hakimiyyəti birmənalı olaraq əvvəlki xidmətlərindən asılı olmayaraq, bu əməliyyatlara qarşı çıxıb Ukraynanın tərəfini tutyanları “vətən xaini” elan edib. Onlara ən yaxşı yolun Rusiyadan “rədd olub getmək” olduğu bildirilib. Artıq bir neçə tanınmış şou-biznes nümayəndələri ölkəni tərk ediblər. Onların müharibənin nəticəsindən asılı olmayaraq, nə qədər ki, hakimiyyət dəyişməyib Rusiyaya yolları birdəfəlik bağlanıb.

Kreml sanksiyalardan külli-miqdarda vəsait itirən oliqarxlar arasında da “çatlaq səslər” olacağını gözləyirdi. Belə bir vaxtda isə Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovski bir video müraciət yayımladı. Xodorkovskinin qısa videosundakı təqdimatından aydın olur ki, adlarını çəkdiyi adamlarlarla bir-birlərini yaxşı tanıyırlar. Xodorkovski adını çəkdikləri oliqarxlara yaxınlıq əlamətini göstərən “uşaqlar” deyə, müraciət edir. O, bir neçə oliqarxın adını çəkərək onları qəti mövqe ortaya qoymağa çağırıb. “Əks halda, siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirib. Xodorkovsikinin Kremlin hədəfəni çıxardığı yəhudi mənşəli oliqarxlar bunlardır: German Qref,(“Sberbank”ın rəhbəri), Aleksey Kudrin(Rusiya Hesablama Palatasının sədri), Anatoli Çubays (Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi), Roman Abromiviç(“Çelsi”nin sabiq sahibi), Mixail Freydman(“Alfa Qrup”un rəhbəri), Petro Aven(“Alfa-Bank”ın idarə heyətinin üzvü).

Bu müraciətin Rusiyadakı oliqarxları hərəkət gətirəcəyi gözlənilirdi, amma belə görünür ki, Kreml onları qabaqlamaq qərarı verib. Belə anlaşılır ki, adı çəkilənlərin bəzilərinin Putin ən sərt tənqidçilərindən olan Xodorkovski ilə əlaqələri də olub ki, bunlar indi ortaya çıxıb. Təsadüfi deyil ki, bu müraciətdən dərhal sonra ölkə hüdudlarından kənarında olan Freydmanın və Petro Avenin “Alfa-Bank”ın idarəetməsindən uzaqlaşdırılması xəbəri yayılıb. Avropa Birliyinin çoxdan sanksiyası altında olan Mixail Freydman bu günlərdə “Bloomberg Businessweek” nəşrinə müsahibəsində gileylənib ki, bütün hesabları dondurulub. “Mən heç vaxt heç bir dövlət şirkətində işləməmişəm və ya heç bir dövlət vəzifəsi tutmamışam. Əgər Avropa İttifaqının məsul şəxsləri hesab edirlərsə ki, bu sanksiyalara görə mən cənab Putinin yanına gedə və ona “xüsusi əməliyyatı” dayandırmalı olduğunu deyə bilərəm, və hesab edirlərsə ki, bu işə yarayacaq, o zaman qorxuram bizim hamımızın böyük problemlərimiz var. Deməli kimlər ki, bu qərarı qəbul edir, Rusiyanın necə qurulduğu barədə anlayışları yoxdur”, - milyarder bildirib.

Xodorkovski kimi yəhudi olan Çubays Yeltsin hakimiyyəti dövründənqalma oliqarxlaşmış kadrdır. Yuxarıda da qeyd etdiyimiz kimi, müharibə oliqarx qruplaşmalar arasında bir-birləri ilə haqq hesab çəkmək fürsəti verib. Hakim “Vahid Rusiya” isə Çibaysı “xəyanətdə” ittiham edib.
"Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir". Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Bəli, Çubays öz istəyi ilə işdən çıxıb. Gedib-getməməsi isə öz şəxsi işidir”, - Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, Çubaysın İstanbulda olduğu deyilir.
Xodorkovskinin adını çəkdiklıri digər oliqarxların taleyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Tarix: 23-03-2022, 21:24
Xəbəri paylaş





Xəbər lenti