SAVAŞIN 28-Cİ GÜNÜ: RUSLARA AĞIR ZƏRBƏLƏR VURULUR - 70 döyüşçüsü ilə birlikdə daha bir polkovnik məhv edildi + VİDEO



Bu gün Ukraynanın hava hücumundan müdafiə sistemləri daha 2 Rusiya təyyarəsini vurub. Bu barədə "Vostok" hava komandanlığı məlumat yayıb.
"Hərbi-Hava Qüvvələrinin zenit-raket kompleksləri sayəsində ənənəvi olaraq, gündən-günə düşmən bu istiqamətdə təyyarələrini itirir. Bu gün səhər, martın 23-də hava hücumundan müdafiə əsgərləri işğalçıların dinc şəhərlərə ölüm gətirən daha 2 təyyarəsini vurublar", - məlumatda deyilir.
Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, "indiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub. Onlardan 6-sı son sutkada məhv edilib".
Qeyd olunur ki, bu da ümumi Rusiya təyyarələrinin 1/3-ni təşkil edir.
***
Ukrayna hərbçiləri Rusiya ordusunun Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəhbəri, polkovnik Nikolay Ovçarenkonu öldürüblər. Ovçarenko 70 döyüşçüsü ilə birlikdə Xarkovda - İzyum yaxınlığında öldürülüb. Bu xəbəri DİALOQ.UA Anatoliy Ştefanın Teleqram kanalına istinadən yayıb.
Severski Donets çayı üzərində Ovçarenkonun düşmənçilik fəaliyyəti onun və Moskva vilayətindən olan 45-ci ayrı mühəndis briqadasının 20-yə yaxın hərbçisi üçün sonuncu olub. Bundan başqa, 46 rus tankçısı yaralanıb.

Müharibənin 28-ci günündə rus ordusunun ümumi itkilərinin sayı açıqlanıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri sosial şəbəkə hesabından paylaşım edib. Həmin statistikanı təqdim edirik:
- Tank - 517 ədəd;
- Zirehli döyüş maşınları - 1578 ədəd;
- Artilleriya sistemləri - 267 ədəd;
- MLRS - 80 ədəd;
- Zenit döyüş sistemləri - 47 ədəd;
- Təyyarə - 101 ədəd;
- Helikopter - 124 ədəd;
- Avtomobil - 1008 ədəd;
- Gəmi - 4 ədəd;
- Yanacaq çənləri – 70 ədəd;
- Pilotsuz Uçuş Aparatı – 42 ədəd;
- Xüsusi avadanlıq – 15 ədəd;
- Hərbçi- 15600 nəfər.
Rusiya ordusu isə dinc əhalini bombalamaqda davam edir. Bu dəfə ruslar Kiyevin Nivki rayonu bombalayıb. Daha ətraflı Baku TV-nin süjetində:



Bu gün Rusiya-Ukrayna müharibəsinin 28-ci günüdür. Ukrayna hərbçiləri ötən gün ərzində Rusiya ordusunun yeddi tankını, iki piyada döyüş maşınını, altı artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.
Bundan başqa Ukrayna müdafiəçiləri gün ərzində Rusiya ordusunun yeddi hücumunu dəf edib və üç BMP-3-nü ələ keçirib.
Həmçinin, hava hücumundan müdafiə bölmələri düşmənin hava hədəflərini, yəni iki PUA, dörd təyyarə və bir “Toçka-U” raketini vurub.
Ukraynanın hava hücumundan müdafiə sistemləri Slobojanski istiqamətində Rusiyaya məxsus bir pilotsuz uçuş aparatını və iki döyüş təyyarəsini vurub.
Bu barədə “Şərq” Hava Komandanlığı məlumat yayıb.
Həmçinin, bildirib ki, bir qədər əvvəl Mariupolda da bir ədəd Rusiya təyyarəsi vurularaq sıradan çıxarılıb.
Rusiya ordusunun daha bir adlı-sanlı zabiti Ukraynada gedən döyüşlərdə öldürülüb. virtualaz.org xəbər verir ki, Mariupol ətrafında gedən döyüşlər zamanı Rusiya dəniz piyadalarının 810-cu briqadasının komandiri, polkovnik Aleksey Şarov məhv edilib. Bu haqda Ukrayna ordusunun zabiti Anatoli Ştefan özünün Twitter səhifəsində yazıb.

“Dəniz piyadalarının Jukov ordenli 810-cu qvardiya əlahiddə briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda). “Təlimlərdə “yolunu azdı” , amma indi evə düz qayıdacaq. Düşmənlərə ölüm!”, - zabit yazıb.
Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 3-cü dərəcəli kapitan Aleksey Raliy də Mariupol ətrafında gedən döyüşlərdə məhv edilmişdi. Daha əvvəl isə Rusiya ordusunun diviziya komandiri, general Oleq Mityayev Mariupol ətrafındakı döyüşlərdə “Azov” polkonun döyüşçüləri tərəfindən öldürülüb.
Bu arada Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun son sutka ərzində döyüş meydanında baş verən hadisələrlə bağlı rəsmi informasiyasında bildirilib ki, Ukrayna müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində əməliyyatları davam etdirir.
“Qoşunlarımız rusların Slovyansk və Lozova istiqamətində hücumu bərpa etmələrinə imkan vermirlər. Həmçinin Krivoy Roq və Novovorontsovka istiqamətlərində rusların hücumlarının qarşısı alınır. Mariupolun müdafiəsi təmin olunur. Əsas səylər dövlət sərhədinin mühafizəsinə, Malin bölgəsində qarşı tərəfin hücumunun qarşısının alınmasına yönəldilib. Rusların Kiyev istiqamətində irəliləməsinin qarşısı alınır. Nikolayev şəhərinin və Nikolayev vilayətinin yaşayış məntəqələrinin müdafiəsi davam edir”, - Müdafiə Nazirliyindən qeyd olunub.
“Maxar” kosmik texnologiyalar şirkəti Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin toplaşmasını nümayiş etdirib. Kadrlarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşməsini görmək olar.

Məlumata görə, son 24 saat ərzində Rusiya təyyarələrinin fəal hərəkətləri və raket zərbələri qeydə alınıb: “Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qarşı tərəfin hücumlarını dəf edir. Son sutkada onların 6 hərbi təyyarəsi, 5 PUA-sı, 1 helikopteri, 5 qanadlı raketi vurulub. Rusiya gizli səfərbərliyi davam etdirir”.
Çerniqovda rus hərbçiləri Desna üzərindən şəhəri Kiyevlə birləşdirən avtomobil körpüsünü partladıblar. Bu barədə Suspilne xəbər verir.
Məlumata görə, körpüyə aviabombalar atılıb, aralıqlardan biri düşüb. Cherniqovun Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumatı Suspіlnıya təsdiqləyib.
Həmin körpü ilə Çerniqovdan təxliyə reyslərinin aparıldığı və şəhərə humanitar yardımın gətirildiyi qeyd edilir.

Rusiya hərbçiləri Ukraynanın Nikolaev şəhərində yanacaqdoldurma məntəqəsini atəşə tutub. Hadisə nəticəsində üç nəfər həlak olub.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook”da məlumat yayıb: “Məlumdur ki, üç kişi aldıqları yaralardan ölüb, bir qadın xəsarət alıb. O, tibb müəssisəsinə yerləşdirilib”.


Tarix: 23-03-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti