"Siz bilmirsiz e, kişi hər şeyi hesablayıb", deyirlər...


İllərdir Putinpəstlər deyirdi ki, adam dahidir, indi 1 aydır Ukraynada bataqlığa batıb, amma yenə də israrla, "Əşşi, Putin bilmir nə edir? İtkiləri də nəzərə almışdı, planları da qurmuşdu, B, C planları da var", söyləyirlər.

Tamam, gəlin quru faktlara və rəqəmlərə baxaq, qiyməti özünüz verin, hər şeyi görən, hesablayan adamın səhvlərinə baxın: 1) Fevral ayının 18-də Rusiyanın qızıl-valyuta ehtiyatı 634 mlrd. dollar idi. Hər şeyi bilən Putin və komandası bu vəsaitin 440 mlrd. dollarını Qərbdə saxlayırmış - indi məlum olur ki, artıq 310 mlrd. dollar dondurulub, daha 100 mlrd. dollar isə dondurulmaq üzrədir. Bundan başqa 124 mlrd. dollar vəsait fiziki qızılda idi, indi məlum olur ki, bu qızılın yarısına yaxını Britaniyadadır - hər şeyi bilən oğlana artıq 520-530 mlrd. dollara yaxın "atıblar", 2) Rusiyanın 1200-ə yaxın sərnişin uçağı vardı, bunun 890-a yaxını Boeing və Airbus imiş, məlum olur ki, bu uçaqların tamamı Qərbin mülkiyyətidir. Artıq 79 uçaq xaricdə həbs edilib, qalanlarını isə Rusiya "milliləşdirib" ancaq öz ərazisində uça biləcək - amma ehtiyat hissələri də verilmir, 3-6 aya o uçaqlar metalalom olacaq. Hər şeyi planlayan oğlan bunu görməyib, 3) Rusiya markası olan Kamaz, Lada, sən demə 40-60% arası xarici ehtiyat hissələrinin köməyi ilə istehsal edilirmiş - indi zavodlar durmaq üzrədir, digər bütün zavodları da eyni gündədir, hətta tank istehsalı və təmiri zavodu da 30% ehtiyat hissələri xaricdən alırmış, dünyaya meydan oxuyan oğlan bunu da bilmirmiş, 4) Rusiyanın qüruru Kosmos və silah sənayesidir, indi məlum olur ki, bütün avadanlığın mikroçipləri, yarımkeçiriciləri xaricdən gəlirmiş, cəmi 2 aylıq ehtiyat hissələri var, sonra bu sahələr də duracaq (Məlum olub ki, Çinə kömək üçün məgz bu mallara görə müraciət ediblərmiş, yox cavabı alıblar) - dünya dühası oğlan bunu görməyibmiş, 5) Şərqi Ukraynanın Rusiyanı düz-çörəklə qarşılayacağına inanmış oğlanın ordusu Xarkovu dağıtsa da, yaxın durub işğal edə bilmir.

Siyahını uzada da bilərəm: Dərman sənayesi 80%, kənd təsərrüfatı 55% xaricdən, Qərbdən asılıdır və bəziləri hələ də çıxıb, "Siz bilmirsiz e, kişi hər şeyi hesablayıb", deyirlər...

Natiq Cəfərli

Ekspert
Tarix: 24-03-2022, 09:05
Xəbəri paylaş





Xəbər lenti