Bakıda "Z" işarələri peyda olub - FOTO


Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.
 
Divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür.
 
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və  “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” - “Qələbə uğrunda” (“Za pobedu”) və “V” - “Güc həqiqətdədir” (“Sila v pravde”), həmçinin “Vəzifə yerinə yetiriləcək” (“Zadaça budet vıpolnena”) kimi təfsir edib.
 
Oxu.az
  
Tarix: 24-03-2022, 14:50
Xəbəri paylaş





Xəbər lenti