Nəzakət Məmmədova: “Suriyada İŞİD-in tərkibində vuruşmaqla Ukraynada vuruşmaq mahiyyətcə eynidir”


“Ukraynaya görə öz millətini təhqir edən, dəstək aksiyasında iştirak edən və s. şəxslərdən hər hansı birinin gedib Zelenskinin yaratdığı beynəlxalq legiona qatılıb vuruşduğunu eşitmisiz?! Burada klaviatura arxasında şirə dönüblər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib.
 
“Birdən yalançı qəhrəmanlar bu sözümdən qeyrətə gəlib oralara getmək fikrinə düşərlər, hərçənd inandırıcı deyil, vuruşan elə öz torpağında vuruşardı, onlar qrant uğrunda vuruşurlar, yaxud qrant savaşçılarının təsiri altında olan mənasız adamlardır. Xatırladım ki, Azərbaycan Respublikasının qanunlarına görə, xarici ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməyin cəzası 20 il azadlıqdan məhrumetmədir, Ukraynadakı hadisələrə demokratik don geyindirənlərə baxmayın, Suriyada İŞİD-in tərkibində vuruşmaqla Ukraynada vuruşmaq mahiyyətcə eyni şeydir. Ancaq xarici ölkədəki adını azərbaycanlı qoyub xaxollara görə millətini təhqir edənlər ora gedə bilərlər. Çünki Qərb ölkələri buna icazə verir. Bu baş versə belə, əmin olsunlar ki, aqibətləri Yarovskayadakı kimi olacaq, Rusiya vurub hamısını cəhənnəmə vasil edəcək” – N.Məmmədova qeyd edib.
Tarix: 25-03-2022, 07:48
Xəbəri paylaş





Xəbər lenti