Ukrayna ABŞ-dan Rusiya üçün kabus olacaq "Switchblade" taktiki zərbə PUA-ları alacaq...


Ukrayna ABŞ-dan Rusiya üçün kabus olacaq
Ukrayna ABŞ- dan "Switchblade" taktiki zərbə pilotsuz aviasiya kompleksləri alacaq, onlara "dron- kamikadze" də deyilir.
Moderator.az-ın məlumatına görə, ABŞ-ın bir neçə KİV- ləri məlumat verib ki, martın 16-da Ağ ev Kiyevə 100 belə sistemlər verilməsini qərara alıb. Nəşrlər qeyd edir ki, Ukrayna ABŞ və Böyük Britaniyadan sonra ordusu belə komplekslərlə təchiz olunan üçüncü ölkə olacaq.
 
Amerika ordusu "Switchblade" pilotsuz aparatlarını Əfqanıstanda istifadə edib, amma bunu elan etməyib.
 
Dronları Amerikanın "AeroViroment" şirkəti tərəfindən istehsal olunur. Dronun əsas üstünlüyü onun sürəti və operatorun tam təhlükəsizliyidir.
 
Pilotsuz uçuş aparatı kameralar, yonətim sistemləri və döyüş başlıqları ilə təchiz edilib, onun sürəti 100 km/s, hədəfə çatanda isə 160 km/s təşkil edir.
 
Dron real zamanda GPS- koordinatlardan istifadə edir ki, bu da onun funksional qabiliyyətini və rəqibin zərər çəkmək səviyyəsini maksimal olaraq yaxşılaşdırır.
 
Mahiyyətcə bu, birdəfəlik istifadə edilən "Bayraktar"lardır, amma Türkiyə kabusundan fərqli olaraq, bu dronun mayadəyəri yüksək deyil: təxminən 6 min ABŞ dollarıdır. Kiçik qabaritlər, yüksək sürət və səssiz uçuş (elektrik mühərriklidir) dronları rəqib üçün praktiki olaraq əlçatmaz edir.
 
"Switchblade"nin əsas üstünlüklərindən biri operatorun son məqamda hədəf axtarışına dəyişiklik etmək imkanından ibarətdir. Bu, döyüş meydanının tez bir zamanda dəyişilməsini nəzərə alaraq çox vacib amildir. Bundan başqa, bu cür texnologiya mülki əhali arasında itkiləri minimuma endirməyə imkan verir.
 
"Bu, "Javelin" raketlərinin daha dəqiq versiyasıdır. Hər iki sistem, məsələn, binanı vura bilir, lakin "Switchblade" bu binada lazımi pəncərəni vura bilir ki, bu da hədəfləri inanılmaz dəqiqliklə məhv etməyə imkan verir.
 
Beləliklə, az bir qrup mühüm mövqeni və ya düşmən vasitəsini təhlükəsiz məsafədən darmadağın edə bilər", - bu dronu yeni pilotsuz sistemlə iş təcrübəsi olan operatorlardan biri belə qiymətləndirib.
 
"Switchblade" dronları Ukrayna ordusunun gücünü əhəmiyyətli dərəcədə gücləndirəcək, çünki bu ordu əsasən aktiv müdafiə rejimində fəaliyyətdədir, əsas duqqəti əkshücumlara və rəqibin logistik zəncirlərinin məhv edilməsinə yönəldib.
 
Hazırda bu dronların iki versiyası var- "Switchblade- 300" və "Switchblade- 600".
 
Birinci versiya 40 millimetrlik qumbaraatanın gücünə ekvivalent olan döyüş başlığı ilə təchiz edilib. Bu dron piyada bölmələrinə və yüngül zirehli texnikaya qarşı effektiv təsirə malikdir. Dronun xüsusiyyəti həm havada, həm də hədəflə bilavasitə təmasda partlaya bilmək qabiliyyətidir. Dronun uzunluğu 61 sm, çəkisi daşınma üçün örtük və buraxılma qurğusu ilə birgə 2, 7 kq- dır və adi bel çantasına sığır. Belə ölçülər onların müxtəlif hava, dəniz və yerüstü platformalarda istifadə imkanlarını maksimal genişləndirməyə imkan verir.
 
Dron havada 15 dəqiqə qala bilir, bu zaman operator drondan 10 km məsafədə qala bilər.
 
"Switchblade- 600" tanklar və ağır zirehli texnikaya qarşı istifadə edilir. Çəkisi 23 kq, operatordan məsafə 40 km- dək, avtonom uçuş müddəti 40 dəqiqəyədək, hücum zamanı maksimal sürəti 185 km/saat təşkil edir.
 
Ekspertlər güman edir ki, Kiyevə hər iki versiya dronları veriləcək.

Tarix: 25-03-2022, 08:41
Xəbəri paylaş





Xəbər lenti