Dmitri Yaroş: "Biz məzarlığa məhkum olan Kreml kaftarlarının bütün proqnozlarını alt- üst etdik"

Dmitri Yaroş:
"Düşünürdüm ki, Rusiyanın hərbi müdaxiləsi başlayanda Ukrayna hakimiyyəti döyüşü qəbul etmədən qaçıb gedəcək. Lakin indi Zelenski mənim silahdaşımdır və bununla hər şey aydın olub"
Bunları 2013- 2015- ci illərdə "Sağ sektor"un rəhbəri, 2016- cı ildən "Derjavnitska initsiativa Yaroşa" hərəkatının lideri, sabiq deputat, Ukrayna Silahlı Qüvvələri baş komandanın müşaviri Dmitri Yaroş "QORDON" inrernet- nəşrində öz bloqunda yazıb.
 
"Dostlar və rəfiqələr, sizə düzünü deyim, mən əmin idim ki, Putin Rusiyasının dövlətimizə qarşı genişmiqyaslı hücumu gec- tez baş verəcək...
 
Mənim yanlış mülahizələrimdə Ukrayna hakimiyyəti döyüşü qəbul etmədən qaçıb getməli idi...24 fevraldan sonra bir- iki gün dövlət hakimiyyəti və idarəçilik sisteminin mümkün dağılmasından çox narahat idim.(Ukrayna Silahlı Qüvvələrinə görə qətiyyən həyəcan keçirmirdim, çünki Baş komandan Valeri Zalujnı və onun komandasına etibar edirdim).
 
Mən həyəcanlarımda yanıldığıma görə səmimi- qəlbdən sevinirəm.
 
Biz hamımız birlikdə- Ukrayna xalqı, Ukraynanın Silahlı Qüvvələri və hakimiyyətdə olanlar bizim əzəli düşmənlərimizin ilk hücum dalğasına tab gətirdik və onlara müqavimət göstərdik, dünya da onları lənətlədi. Heç kim ukraynalıların bu gücünü gözləmirdi!
 
Bəli, biz hələ çox Moskva orklarının (ork- adamabənzər varlıq deməkdir) böyük dəstələri ilə üz- üzə qalacağıq (onlar yenidən qruplaşır, ehtiyat qüvvələrini cəlb edir, səfərbər olurlar).
Lakin mən indi əminəm ki, biz onların hücumlarını dəf edəcəyik... Çünki Ukraynanın Silahlı Qüvvələri, xalq və hakimiyyət yekdildir.
 
Düşmən bizim parçalanmağımıza bel bağlayırdı. Lakin biz, ukraynalılar, məzarlığa məhkum olan Kreml kaftarlarının bütün proqnozlarını alt- üst etdik.
 
Biz bu gün Ukraynanı müdafiə edən yüz minlərlə, milyonlarla ukraynalıyıq və müxtəlif cəbhələrdə müstəqil və vahid Ukrayna uğrunda döyüşürük!
 
Biz hərbi, diplomatik, iqtisadi və başqa cəbhələrdə döyüşürük.
 
Biz, ukraynalılar, həqiqətən Ali Baş Komandanımız Vladimir Zelenskiyə etimad edirik!
 
İndi Zelenski mənim prezidentim və silahdaşımdır. Və bununla da hər şey aydın olur.
 
Biz ukraynalıların bir savaşı var-milli- azadlıq, müqəddəs və Vətən savaşı!
 
Qələbə bizimlə olacaq!"
 
Ukraynaya eşq olsun!
Tarix: 26-03-2022, 21:45
Xəbəri paylaş





Xəbər lenti