Polşanın Ukraynaya sülhməramlı göndərilməsi təklifinə Rusiyadan açıqlama - Ölkəni "darmadağın" edəcəyik

Polşanın Ukraynaya sülhməramlı göndərilməsi təklifinə Rusiyadan açıqlama - Ölkəni
Britaniyanın "Deily Mail" nəşrinin oxucuları Rusiya Dövlət Duması deputatının Ukraynada "xüsusi əməliyyat"a müdaxilə edəcəyi və sülhməramlıları göndərəcəyi təqdirdə Polşanı "darmadağın edəcəyi" fikrini müzakirə edib. Şərh edənlərin fikrincə, "Rusiya NATO- dan dəhşətə gəlib".
 

Rusiya bəyan edib ki, Polşa Moskvanın Ukraynada həyata keçirdiyi "xüsusi əməliyyat"a müdaxilə edəcəyi tədqirdə "darmadağın ediləcək". 
 
Özünün Dövlət Dumasında hədələyici çıxışında deputat, Rusiyanın Hava- Desant Qoşunlarının sabiq komandanı, general Vladimir Şamanov bəyan edib: "Bu gün rəhbərliyimizə konkret deməyin zamanı gəlib: bax, sərhədlər var, polyaklar, buraya onca metr burnunuzu soxmağa cəhd etsəniz...". O, əlavə edib ki, "xüsusi əməliyyat"ın final xətti Ukraynanın Polşa ilə sərhəddindən keçəcək", polyaklar tam olaraq, o cümlədən hipersəsli raketlərlə cavablarını alacaq. Bu xəbərdarlıq Polşanın Ukraynaya BMT- nin sülməramlılarını göndərmək təklifindən sonra səslənib. Polşa Müdafiə Nazirliyinin planında söhbət 10 min hərbi qulluqçudan gedir.
 
Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, bu addım NATO ilə "birbaşa toqquşmağa gətirəcək".
 
İki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda alyansın yüz minlərlə qüvvələri yüksək döyüş hazırlığına gətirilib. NATO- nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Avropada ABŞ- ın 100 min və bilavasitə NATO- nun komandanlığı altında 40 min hərbi qulluqçusu var. Onun sözlərinə görə, onlara iri hava və dəniz qüvvələri, o cümlədən şimalda və Aralıq dənizində beş aviazərbə qrupları dəstək verir.
 
Oxucu rəyləri:
 
- Düşünürəm ki, Rusiyada generallar çatışmır. Bu general məşğuliyyətini dəyişməli və komik rollara keçməlidir.
 
- Belə çıxır ki, Putin dünyanın yarısını təhdid edir. Polşa NATO- nun üzvüdür!
 
- Elə bilirdim komik təkcə Zelenskidir!
 
- İşə bir bax, Rusiya NATO- dan dəhşətə gəlib ki! Tamamilə qorxu içindədir. İndi aydın oldu nədən nüvə müharibəsi ilə hədə- qorxu gəlir. Mənə çox təəccüblüdür, o, necə də zəifdir. NATO ilə konvensional müharibədə onun bircə şansı belə yoxdur.
 
- BMT bunlar başlananda müdaxilə etməli idi, o zaman minlərlə insanın həyatı xilas olardı.
 
- Ha-ha-ha! Rusiya ordusu heç Polşanın futbol xuliqanları ilə bacarmaz!
 
- Ruslar özləri bilirmi ki, onların rəhbərliyi hər şeyi edir ki, onlar Yer üzərindən silinsin?..
Tarix: 26-03-2022, 21:55
Xəbəri paylaş





Xəbər lenti