"Rusiyada 8 nüfuzlu qrup var ki..."- DİN müşaviri Putinin devrilmə ehtimalından danışdı...



Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri, ekspert Vadim Denisenko bəyan edib ki, Putinin Rusiya Federasiyasına çevrilişdən sonra rəhbərlik edə biləcək varisi haqqında düşünmək hələ tezdir.

Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, V. Denisenko bu barədə “Rusiya Federasiyasına qarşı sanksiyalar: Putinin rejimini əslində nə sındıra bilər?” mövzusundakı brifinqdə danışıb. 
 
Denisenko deyib ki, Rusiya elitasında struktur dəyişiklikləri gözləmək lazım deyil, çünki Putinin hələ də onun rejiminin sabitliyini təmin edən hər kəsi "isti vannada saxlamaq" üçün pulu var. Rusiyada səkkiz nüfuzlu qrup var. Lakin onların hamısı yalnız Putin yönümlüdür...
 
"Və bu sanksiyalar... Onlar həqiqətən Rusiyanı vursalar da,  eyni zamanda, ölkə elitasını ümumilikdə inkişaf vektorunu dəyişməyə və üstəlik, Putinin varisini axtarmağa məcbur etmirlər", - deyə Denisenko bildirib. 
 
Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri qeyd edib ki, indi Rusiya hakimiyyəti “əhalinin sosial müdafiəsiz təbəqələrini pulla doydurmağa çalışır və onlar üçün xüsusi proqramlar yaradılır. Nəticədə bu, daha çox inflyasiyaya yol açır”.
 
"Üstəlik, Rusiyada çətin ki, kütləvi ixtisarlar baş versin. Bu adamları, çox güman ki, ödənişsiz məzuniyyətə göndəriləcək. Bu insanlar üçün bu və ya digər şəkildə müəyyən kiçik  gəlir mənbələri yaratmağa çalışacaqlar ki, onların tamamilə həyatın dibinə düşməsinə  və müəyyən inqilabi hərəkətlərə başlamasına əsas verilməsin” - Denisenko əlavə edib 
 
"UNİAN"-ın verdiyi məlumata görə, fevralın 24-də Rusiyanın Ukraynaya hücuma başlamasından bəri Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə rusiyalıların dəstəyi 83%-ə yüksəlib...

Tarix: 2-04-2022, 10:52
Xəbəri paylaş





Xəbər lenti