BAKIDA KEÇİRİLƏN QƏLƏBƏ PARADINDAKI “Z” İŞARƏLƏRİ... – İşğalçıların istifadə etdikləri bu simvollar nədən xəbər verir? + FOTOLAR



44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bərabər, erməni yaraqlılarına məxsus yüzlərlə hərbi texnika və silah-sursatıda ələ keçirdi. Bu texnikaların bir qismi Qələbə Paradında nümayiş etdirildi və daha sonra personaj kimi Qənimətlər Parkındakı muzeyə yerləşdirildi.
Bu paradda nümayiş etdirilən erməni tör-töküntülərinin üzərindəki müxtəlif işarələr həmin vaxt bizim üçün hər hansı bir anlam kəsb etməsə də, hazırda olduqca populyardır və Rusiyanın Ukraynadakı işğalının “rəmz”inə çevrilib.

Qeyd edək ki, 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Qələbə Paradından paylaşılan görüntülərdə qənimət olaraq ələ keçirilmiş bəzi erməni zirehli texnikalarının üzərində “Z” simvolları əks olunub. Rusiyanın iki il sonra eyni simvollardan istifadə etməsi yerli mətbuatın diqqətindən yayınmayıb.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində də rus texnikalarının üzərində eyni simvollar əks olunub. Rus döyüş maşınlarının üzərində qeyd olunan “Z” və “V” hərfləri haqqında müxtəlif versiyalar və təxminlər irəli sürülüb.

Bəziləri simvolların rus əsgərləri tərəfindən “dost atəşi”ndən qorunmaq üçün yazıldığını, bəziləri də texnikaların qruplaşdırılması zamanı bucür hərflərdən istifadə edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə açıqlama verib ki, “Z” - “Запобеду” (Qələbə üçün), “V” - “Сила V правде” и “Задача будет выполнена” (Həqiqətin gücü və Tapşırıq tamamlanacaq) mənasında işlədilib.

Hər halda gerçəklik budur ki, rus və erməni ordusunu yalnız eyni hərbi texnikalar, simvollar, işğalçılıq siyasəti birləşdirmir. Onları eyniləşdirən əsas məqam uğursuz hərbi əməliyyatlar və yaşaqdıqları ağır məğlubiyyətlərdir. 
Ümid edirik ki, Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində ermənilərə məxsus “Z” simvollarını darmadağın etdiyi kimi, Ukraynada 36 gündür apardığı haqq savaşında eyni taleyi işğalçılara yaşadacaq. Necə ki, 36 gündür yaşadır…
Tarix: 3-04-2022, 12:56
Xəbəri paylaş





Xəbər lenti