Rusiyanın ucqar kəndləri və aullarından olan eybəcər, aqressiv və qəddar "monstr"lar...

Rusiyanın ucqar kəndləri və aullarından olan eybəcər, aqressiv və qəddar
"Biz Azərbaycanda bu dəhşətli cinayətləri 1990- cı ilin Qanlı yanvarında və 30 il əvvəl Xocalı qətliamının timsalında görmüşük"
 
Buça, İrpen, Qostomel...
 
Ukraynanın bu şəhərlərinin adları Putin tərəfindən törədilmiş dəhşətli, fəlakətli, qeyri- insani cinayətlərinin rəmzinə çevrilib".
 
Moderator.az xəbər verir ki, bu fikirləri "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu"  Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov "QORDON" internet- nəşrindəki bloqunda yazıb.
 
Siam.az mövzunun aktuallığını nəzərə alaraq həmin yazının tam mətninin tərcüməsini oxucuların diqqətinə çatdırır.
 
"Bütün dünya şokedici kadrları görüb, onlar sübut edir ki, bizimlə bərabər bu planetdə ərazicə dünyanın ən böyük dövlətində dinc insanların, o cümlədən azyaşlı uşaqların qətlləri və zorlanmalarını özləri üçün normaya çevrilənlər də yaşayır.
 
Mariupol azad edildikdən sonra dünyanın gördüklərini təsəvvür etmək çətindir. Bu zaman artıq bəlli olan kadrlar, foto və videomateriallar bunların soyqırım olmasını sübut edir.
Ukraynalıları yalnız ukraynalı olduqlarına görə qətlə yetiriblər. Qəddadcasına, əllərini arxalarına bağlayaraq, doğmaları və yaxınlarının gözləri önündə qətlə yetiriblər. Məqsəd də aydındır- Ukrayna xalqını öldürmək, məhv etmək, mənəvi ruhunu sındırmaqdır.
 
Artıq bu barbarcasına cinayətləri törədənlərin adları da məlumdur. İnformNapalm nəşrinin könüllüləri Buçada dəhşətli cinayət törədən 51460 saylı hərbi hissə, 64- cü əlahiddə motoatıcı briqada barəsində məlumatlar əldə edib. Briqada komandirinin adı polkovnik- leytenant Omuretov Azatbek Asanbekovdur. Onun ev ünvanı da bəllidir. Bu, Ukraynadan çox uzaqda yerləşən Rusiya kəndidir.
 
Belə ucqar kəndlərdən və aullardan Ukraynaya minlərlə rusiyalı işğalçı soxulub. Onların törətdikıəri cinayətlər saysız- hesabsızdır. Bunlar klassik adamabənzər varlıqlar- eybəcər, aqressiv, qəddar "monstr"lardır. Onlar əmri icra ediblər. Bəli, onlara adamabənzər varlıq olmağı əmr ediblər və bu əmri onlar sevinclə icra edib. Özü də qeyd edim ki, bu, heç də ilk dəfə deyil.
 
Bu gün, bütün dünya, ilk növbədə Ukrayna Rusiya ordusunun qanlı, vəhşi mahiyyətindən dəhşət içində danışır.
Azərbaycanda bunu biz ilk dəfə 1990- cı ilin yanvarında görmüşük. O zaman dinc şəhərə, keçmiş sovet respublikasının paytaxtına elə bu cür qaniçənlər daxil  olmuşdu. Onlar tanklarla bakılıların maşınlarını əzir, qarşılarına çıxan nə varsa güllə- baran edirdilər. Onlar süngülərlə silahsız insanları dəlmə- deşik edir, özlərinin cəzasız qalacaqlarına əmin idilər.
Bakının mərkəzində qətlə yetirilən yüzlərlə bakılıların, o cümlədən uşaqların, qadınların, qocaların dəfn edildiyi Şəhidlər xiyabanı var. Onları elə bu gün Buçada, İrpendə soyqırım törədən rusiyalı hərbi qulluqçular qətlə yetirib.
 
Nə yazıq ki, dinc azərbaycanlı əhalisinə qarşı dəhşətləri cinayətlərdən heç kim cəzasını almayıb.
Üstəlik, 1990- cı ildə dinc  Bakımıza qoşun yeritməyi əmr edən SSRİ- nin ilk və son prezidenti Mixail Qorbaçov Nobel sülh mükafatına layiq görülüb. Bunu yadda saxlamaq, bu yüksək mükafatın qiymətini anlamaq və "benəlxalq birlik" barədə təsəvvür yaratmaq üçün vacibdir.
 
Bəli, cəzasız qalan istənilən cinayət yeni cinayətə gətirib çıxarır. Azərbaycanda biz bunu çoxdan anlamışıq. Orada həm də 30 il öncə 4- cü ordunun 23- cü Brandenburq diviziyasının tərkibində olan 366- cı qvardiya motoatıcı alayı tərəfindən törədilən Xocalı soyqırımı da xatırlanır. 1985- ci ildə o, Gəncədən Xankəndinə köçürülüb. Ştat üzrə alayda 1800 hərbi qulluqçu olmalıdır, amma 1992- ci ilin fevralında onun tərkibində faktiki olaraq 630 adam olub, onlardan 129 zabit və gizirlər təşkil edib.
 
O da məlumdur ki, 366- cı alayın komandiri polkovnik Yuri Zarviqorov olub. O da soyuqqanlıqla dinc azərbaycanlıları məhv etmək əmri verib. Elə dinc ukraynalıları məhv etmək üçün Azatbek Omurekovun verdiyi əmrlər kimi. Yuri Zaviqorov fəxri təqaüdçüdür və hazırda Pskovda yaşayır. O, öz cinayətlərinə görə heç bir cəza almayıb. Onu dinc Ukrayna əhalisinin soyqırımında günahkar olan Rusiyanın ədalət məhkəməsindən gizlədirlər.
 
Ona görə də indi bu qanlı cinayətdə bütün günahkarların ittiham edilməsinə nail olmaq çox vacibdir. Yuqoslaviya üzrə tribunalın sabiq prokuroru Karla del Ponte artıq Haaqadakı məhkəməyə Rusiya prezidentinin həbs edilməsi üçün order verilməsinə çağırış edib. Çoxdan lazım idi. Əminəm ki, müttəhimlər kürsüsündə onunla yanaşı müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, habelə illərlə rusiyalılara və dünyaya yalanlarlar danışan, isteriyanı qızışdıran, müharibənin "zəncirli itləri" rolunda çıxış edən rusiyalı təbliğatçılar da əyləşməlidir.
 
Rusiyanı isə bütün beynəlxalq təşkilatlardan rədd edib çıxarmaq, dəmir pərdə ilə onu təcrid etmək, əbədi sanksiyalara düçar etmək, ordusundan və qanlı imperiya ambisiyalarından məhrum etmək lazımdır.
 
Əks halda dünya rusiyalı adamabənzər varlıqların müxtəlif ölkələrin dinc sakinlərinə qarşı bundan sonra da törədəcəyi cinayətlərindən diksinəcək.

Tarix: 4-04-2022, 18:04
Xəbəri paylaş





Xəbər lenti