“Yerin altındakı hər cür cəfəngiyyatxanaları yığışdırsınlar, kimlərin övladı ordaydı gördük...”

“Yerin altındakı hər cür cəfəngiyyatxanaları yığışdırsınlar, kimlərin övladı ordaydı gördük...”
“Bu partlayışlar o özbaşınalığın, hərc-mərcliyin, qanunsuz gördükləri işlərin nəticəsidir. Özümün əlimdə məhkəmə qətnamələri, qərarlar, faktlar ola-ola sözümü Prezidentimə çatdıra bilmirəmsə, bu cammat neyləsinlər. Əlaqədar qurumların heç bu veclərinə də deyil. Çünki onların sırasında olan adam deyiləm. Bu adamlar məsul olduqları sahələrdə xalqın, dövlətin xeyrinə işlədikləri səkkiz saatını yarım saatını sərf etmirlər. Əgər sərf etsələr, gün-güzəranımız da gözəlləşər, Azərbaycan kimi zəngin bir məmləkətdə belə özbaşınalıqlar, əxalqsızlıqlar, mənəviyyatsızlıqlar da baş verməz”
 
Bunu Moderator.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül Bakıdakı gecə klublarının da yığışdırılmasını təklif edib:
 
“Bütün bunların arxasında çox böyük maraqlar var. Sizin Bakının küçələrindən xəbəriniz varmı? Piyada keçidlərini özləri üçün qapı, darvaza edib, zirzəmilərdə obyektlər açıblar. İnsanlar da məcbur qalıb nəqliyyatın yoluyla gedib-gəlirlər. Nəhayət bu günə kimi Bakıda tikilən binaların qarşısında maşını park etmək üçün yer yoxdur. Hər bir qarışı satırlar. Şəhərə bu cür divan tutmaq olmaz axı. Hələ bundan da böyük partlayışlar olacaq. Bəs görən bunların nəfsi nə vaxt doyacaq. Bunların nə boyda işdahı var. Ancaq pul qazanmaq haqda fikirləşəndə bilmirlər ki, bunu xalqın mənəviyyatı, əxlaqı hesabına edirlər. Şəhərin küçələrində dilənçilərin sayı yoxdur. 
 
Partlayış baş verən gecə klubunda kimin uşaqları idi, hamımız gördük. Mənim uşağım bir tikə çörəklə dolanır onun gecə klublarında nə işi var. Allah elə bunları cəzalandırır. Haram mal, bahalı maşınlarda törətdikləri hadisələr qarşılarına çıxır. Təəssüf ki, bunun qarşısı alınmır. Nəticədə də xalqda inamsızlıq, ümidsizlik var. Kim harda vəzifəyə keçirsə, fikirləşir ki, orda necə edim pul qazanım. Allah elə edəcək onlar dünyadan gedəndə kəfən də qismət olmayacaq. Amma sonda əziyyət çəkən xalqdır, ailələrdir, gecə-gündüz istehsal olunan yetim uşaqlardır. Bu yetim uşaqları doğanlar da, əkənlər də itin günündədir. Bu haqda düşünüb, danışan yoxdur. Prezident təkdir, çalışır nəsə etsin, amma yerli məmurlar özbaşınalıq edir.     
Müharibə dövründə bu adamlar uşaqlarını xaricə qaçırdıb, gizlətdilər. Haqqı deyəndə də bizdən düşmən obrazı yaradırlar. Vətən xaini də, yaltaq da onlardır. Bunlar hamısı ölkə başçısına yalan məlumat verən adamlardır. Cənab Preziden biz ağsaqqalları yığsın kimin kim olduğunu deyək. 
 
Mən özüm problemimlə bağlı dəfələrlə müraciətlər etmişəm, amma cavab verən yoxdur. Bu padvalları təmizləsinlər, insanların yollarını açsınlar, yerin altındakı hər cür cəfəngiyyat xanaları yığışdırsınlar. Bakı yoxdur, burda tikintiyə yox, söküntüyə ehtiyac var. Bakıda yeddi milyon boş mənzillər var, kimindi bunlar?! İnsanları ora köçürsünlər, bu çürük məhlələri söksünlər ki, biz də nəfəs ala bilək”. 

Tarix: 4-04-2022, 19:31
Xəbəri paylaş





Xəbər lenti