“Buçada baş verənlərə inanmamağımın səbəbi meyitlərin düzülüşünün qeyri-təbii olmasıdır” – Cümşüd Nuriyev


“Buça şəhərində baş verənlərlə bağlı nə Rusiyanın, nə də ABŞ və Ukraynanın iddialarına inanmıram. Birincisi, ABŞ 2003-cü ildə İraqı işğal edib və həmin döyüşlərdə 1 milyona yaxın insan öldürülüb, xeyli insan isə didərgin düşüb. Bunun nəticəsidir ki, İraq bu gün də bir dövlət kimi özünə gələ bilmir. Rusiyanın da iddialarına inanmıram, çünki onlar 20 Yanvarı törədib və Xocalı qırğınında iştirak ediblər. Həqiqətdir ki, Azərbaycan Birinci Qarabağ müharibəsində Ermənistanla deyil, Rusiya ilə vuruşurdu. Ukraynaya inanmamağımın səbəbi isə Buça şəhərində olan meyitlərin düzülüşünün qeyri-təbii olmasıdır. Sanki ssenari var”.
 
Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
 
Politoloq bildirib ki, Buça şəhərinin müəyyən müddət işğalda qalmasına baxmayaraq, həmin meyitlərin əllərinin yeni kəndirlərlə bağlanılması şübhəli görünür: “Sanki əllərini sonradan bağlayıblar. Əlbəttə, cəsədin əllərini bağlayanda təbii alınmır. Ola bilər ki, həmin insanları Rusiya Ordusu qətlə yetirib, amma meyitlərin düzülüşündə səhnələşdirmə var. Hesab edirəm ki, Ukraynanın rejissor işi uğursuz alınıb. Ona görə də hadisəyə tam olaraq qətliam adı vermək olmur. Lakin faktdır ki, ortada xeyli sayda öldürülmüş insanlar var. Digər əsas məqam isə odur ki, həmin meyitlərin hər biri ukraynalı deyil, onların arasında ruslar da var. Məhz bu səbəbdən, Buça hadisələrinə genosid adını da verə bilmirlər. Diqqət etsək, ABŞ Prezidenti Co Baydən də hadisələri genosid adlandırmadı. Odur ki, Rusiya iddia edir ki, bu hadisələri neofaşistlər törədib. Hesab edirəm ki, Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə təcrübəsizliyini sübut etdi. Görünən odur ki, həm Rusiya, həm də Ukrayna və ABŞ yalan danışır. Ortada olan yeganə fakt isə insanların ölümüdür. İstənilən halda, rejissor işi çox uğursuz alınıb”.
Tarix: 6-04-2022, 14:07
Xəbəri paylaş





Xəbər lenti