Azərbaycan fəalları BMT-ni Buça hadisələrini soyqırım kimi tanımağa çağırıb

Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının  Buça soyqırımı ilə bağı  dünya  ictimaiyyətinə müraciət edib.
Sənəddə deyilir:
Rusiya ordusunun işğal olunmuş Ukrayna torpaqlarından qovulması işğalçı ordunun çoxsaylı cinayətlərini üzə çıxardı. Aralarında qadınlar və uşaqlar da olmaqla dinc sakinlər əlləri bağlanaraq gülləbaran edilmişlər. Bütöv ailələr qətlə yetirilib. Rusiya ordusunun Kiyev vilayətinin Buça şəhərində törətdiyi soyqırım Serbiyanın Srebrenitsada törətdiyi soyqırımın daha ağır formada təkrar olunmasıdır. 
Putin Rusiyasının Ukraynaya təcavüzü başladığı andan hərbi cinayəti idi. Buça, İrpin, Mariupol və digər şəhərdə üzə çıxan danılmaz dəlillər sübut edir ki, Ukraynanın işğal olunmuş rayonlarının dinc əhalisi Rusiya qoşunları tərəfindən məqsədyönlü şəkildə məhv edilib.
2022-ci il fevralın 24-dən başlayaraq Ukrayna ərazisində  baş verənlər BMT-nin tərifinə görə, Ukrayna xalqının soyqırımıdır. Putin Rusiyasının bu cinayəti yalnız Ukraynaya qarşı deyil, insanlığa qarşıdır. Ukrayna xalqının soyqırımında iştirak edən hər bir şəxs – birbaşa iştirakçılar və ali baş komandan daxil olmaqla– beynəlxalq məhkəmə tərəfindən müəyyən edilməli və məsuliyyətə cəlb edilməlidir.
Demokratiya Naminə Ukraynaya Dəstək Platforması BMT Baş Assambleyasına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına müraciət edərək Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazisində mülki şəxslərin kütləvi qətlini soyqırım kimi tanımağa çağırır.
Azadlıq radiosu
Tarix: 6-04-2022, 14:16
Xəbəri paylaş





Xəbər lenti