İşğalın 46-cı günü-məktəb və yaşayış binası atəşə tutulub

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından indiyədək 177 uşaq həlak olub, 336-dan çox uşaq yaralanıb. Ukrayna Baş Prokurorluğunun dərc etdiyi məlumatda belə deyilir.
BMT-nin İnsan Haqları bölməsi hesab edir ki, real rəqəmlər daha çox ola bilər. BMT-nin Uşaq Fondunun məlumatına görə, Ukraynada məcburi köçkün olan yetkinlik yaşına çatmayanların sayı 2,5 milyon nəfərdir.
Rusiya fevralın 24-də Ukraynaya hücüm edib. Müharibə 46 gündür ki, davam edir.

Əsas döyüşlərin Ukraynanın sərq və cənub bölgələrində getdiyi bildirilir

Ukrayna Baş Qərargahı bildirir ki, hazırda əsas döyüşlər ölkənin şərq və cənub bölgələrində gedir. Qeyd olunur ki, Rusiya hərbi qüvvələri İzyum şəhəri yaxınlığında və Xarkov vilayətində Ukrayna qüvvələrinin müdafiəsini yarmaq cəhdlərini davam edir. Donetsk vilayətində son sutka ərzində aktiv döyüşlər davam edib.
Ukrayna hərbçilərinin məlumatına görə, Maryinka yaxınlığındakı hücum dəf edilib, lakin Rusiya qüvvələrinin Donetsk vilayətinin şəhərlərini atəşə tutması davam edir. Məlumatda vurğulanır ki, Mariupolun müdafiə qüvvələri “blokadaya və xeyli üstün qüvvələrə baxmayaraq” müqavimət göstərməkdə davam edirlər və həm də şəhər əhalisinin dəmir yolu ilə təxliyəsi davam edir.
Rusiya mətbuatı isə Ukrayna silahlı qüvvələri tərəfindən Donetskinin Petrovski rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Rusiya və Belerus qeydiyyatı olan yük maşınlarının Avropaya girişi dayandırılıb

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və Belarusda qeydiyyatda olan yük maşınlarının İttifaq ərazisinə girişini dayandırıb. Bu barədə Rusiyanın Federal Gömrük Xidməti məlumat yayıb. O da bildirilir ki, Aİ ölkələrinin gömrük xidmətləri Ukraynaya müdaxiləsi səbəbindən Rusiyaya qarşı qəbul edilmiş beşinci sanksiyalar paketinə istinad ediblər.

Pyotr Kotin: …orda yer qazanlar şüa xəstəliyi ilə üzləşəcəklər

“Enerqoatom” şirkətinin rəhbəri Pyotr Kotin Çernobıl zonasındakı qırmızı meşə adlanan ərazilərdən birinə baş çəkib və Çernobıl AES-in ətrafında ən yüksək radioaktiv çirklənmənin olduğu yerlərdə rus hərbçilərinin qazdığı xəndəklərin şəkillərini nümayiş etdirib.
Onun dediyinə görə, 30 günə yaxındır ki, bu yerlərdə məskunlaşan və orada yer qazanlar şüa xəstəliyi ilə üzləşəcəklər. O, dozimetrlə ölçülən yerlərdə torpaq səthindən radioaktiv şüalanmanın normadan 160 dəfə çox olduğunu göstərib. O həmçinin bildirib ki, Rusiya hərbçilərinin xəndək qazdığı yerlərdə 1986-cı ildə partlamış reaktorun nüvə yanacağı və qrafit hörgü parçaları var və əsgərlər o yerləri qazmaqla tullantıları bir qədər də üzə çıxarıblar.
Azadlıq radiosu
Tarix: 10-04-2022, 23:10
Xəbəri paylaş





Xəbər lenti