"Onları Moskvaya qədər qovacağıq!.." - Ukraynalı ana və qızı...


"Ana və qızı birlikdə 100-cü əlahiddə ərazi müdafiə briqadasının sıralarında xidmət edirlər..."
 
"Ukraynanın Lutsk şəhərindən olan Natalya Popozoqlo müharibədən əvvəl eksklüziv paltarlar tikməkdə ixtisaslaşmış bir atelyenin uğurlu sahibi idi. Ancaq fevralın 24-də səhər saatlarında çağırış komissiyasına getməyə - Vətəni müdafiə etmək üçün orduya yazılmağı xahiş etməyə qərar verdi. Polkovnik-leytenant ərinin məsləhəti ilə müharibənin çöl şəraitində sağ qalmağı asanlaşdırmaq üçün özü ilə isti paltar, metal boşqab və bir qaşıq götürdü".
 
Moderator.az xəbər verir ki, bu sətirlər Ukrayna mediasındandır.
 
Düzdür, hərbi komissarlıqda Natalya dərhal qəti bir imtina ilə ruhdan saldılar: "Ordunun moda dizaynerlərinə ehtiyacı yoxdur!"  Bu dəfə o, qida texnoloqu diplomunu göstərdi - gəncliyində doğma Lutskda texnikumda oxuyarkən almışdı. O, bu ixtisası üzrə cəmi bir il işləyib və əmin olub ki, bir daha həmin təhsil sənədinə ehtiyac duymayacaq. Fevralın 24-də isə Natalya öz-özünə pıçıldadı: "Yaxşı ki, mən bir vaxtlar bu texnikumu bitirmişəm!"
 
Bu gün Natalya etiraf edir ki, "hündürdaban tufli və ipək paltarlardan" hərbi geyimə qəfil keçid onun üçün əsl şok idi: "Əvvəlcə hərəkət etmək, çömbəlmək çətin idi. Amma bu gün ... Mən özümü bu hərbi formasız təsəvvür edə bilmirəm - sanki bütün həyatım boyu geyinmişəm!"
 
"Mən isə atış etməyi xoşlayıram, xüsusən də "RPQ"(tank əleyhinə qumbaraatan-S.L.) ilə!" -  deyir Natalyanın qızı Veronika Popozoqlo.
 
Bəli, ana və qızı 100-cü əlahiddə ərazi müdafiə briqadasının sıralarında birlikdə xidmət edirlər. İlk günlərdə qız könüllü kimi anasına əsgərləri qidalandırmaqda köməklik etsə də, fevralın 28-də özü hərbi forma geyinib...
 
Popozoqlo ailəsində heç kimin Qələbənin olacağına zərrə qədər də şübhəsi yoxdur.
 
“Mən buraya əyləncə üçün gəlməmişəm - Qələbəni yaxınlaşdırmağa kömək üçün gəlmişəm! Onları Moskvaya qədər qovacağıq. Və ehtiyac olarsa, daha çox. Onlar tam və qeyd-şərtsiz təslim olmağa razılaşana qədər. Onlar bizim torpağa gəldilər. Bizi öldürməyə gəldilər... Əgər çömçəni yerə qoyub, gerçəkdən də pulemyot götürməli olsam, əlim titrəməz, gözüm məni pis vəziyyətdə qoymaz!” - ukrayın ana - Natalya belə deyir...

Tarix: 11-04-2022, 11:46
Xəbəri paylaş





Xəbər lenti