“Yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq” – Abramyandan ŞOK İDDİA



“Avrasiya regionunda Rusiya-Ukrayna böhranının qaçılmaz olaraq yeni təhlükə selinə gətirib çıxaracağı faktı hərbi əməliyyatların lap əvvəlində nəzərə çarpırdı”.
Bunu Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə. Rusiyaya qarşı beynəlxalq qarşıdurma yalnız sanksiyalar, Ukraynaya tədarük edilən külli miqdarda silah və maliyyə dəstəyi ilə məhdudlaşmayacaq.
Abramyanın fikrincə, Rusiya ətrafında, onun ənənəvi təsir dairələrində yeni “qaynar nöqtələr” yaradıla və mövcud olanlar qızışdırıla bilər.
Abramyan müharibənin Cənubi Qafqaza və Rusiya daxilinə sıçrayacağını da iddia edib.
“Bütün bunların fonunda Ermənistan hakimiyyətinin bəyanatları, davranışları və siyasəti nəinki təsvir etdiyim hadisələrin qarşısını almağa imkan yaratmır, həm də yeni eskalasiya üçün münbit zəmin hazırlayır. Onlar heç anlamırlar ki, yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq, savaşın bu raundunun Ermənistana keçməsi ehtimalı daha çoxdur”, - deputat bildirib./teleqraf.com

Tarix: 13-04-2022, 13:34
Xəbəri paylaş





Xəbər lenti