“Mülki insanları "Azovstal"dan təxliyə edin" - Vereşuk


“Azovstal” dəmir-polad zavodundakı mülki şəxslər dərhal bölgədən təxliyə edilməlidir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşuk bildirib:
“Ruslardan Mariupoldakı “Azovstal” dəmir-polad fabrikindən təcili humanitar dəhliz tələb edirik. Hazırda orada 1000-ə yaxın mülki şəxs və 500 yaralı əsgər var. Onların hamısı bu gün “Azovstal”dan çıxarılmalıdı. Mən dünya liderlərini və beynəlxalq ictimaiyyəti indi “Azovstal”a cəmləməyə çağırıram”.
Həmçinin Vereşuk dünən Mariupoldan açılan humanitar dəhlizin planlaşdırıldığı kimi işləmədiyini qeyd edib:
“Təəssüf ki, Mariupoldakı humanitar dəhliz planlaşdırıldığı kimi işləmədi. Sahədə öz orduları üzərində nəzarətin olmaması səbəbindən işğalçılar lazımi atəşkəs əldə edə bilmədilər. Mariupol istiqamətində səylərimizi davam etdirəcəyik”.
Tarix: 21-04-2022, 15:16
Xəbəri paylaş





Xəbər lenti