İşğalın 59-cu günü – Ukraynanın şərqində şiddətli döyüşlərin getdiyi bildirilir

Buçada öldürülən mülki şəxslərin ilkin sayı – 412 nəfər
Buça şəhərinin meri Anatoli Fedoruk şəhərin rus qoşunları tərəfindən işğalı zamanı öldürülmüş mülki əhalinin eksqumasiyasının başa çatdığını bildirib. Onun sözlərinə görə, indiyədək 412 ölüm faktı təsdiqlənib. Amma o, bunun son rəqəm olmadığını deyib . Qurbanlar haqqında məlumatların toplanması hələ də davam edir. Fedoruk onu da bildirib ki, Buçada Müqəddəs Endryu kilsəsi yaxınlığındakı kütləvi məzarlıqdan 30-u qadın və 2-si uşaq olmaqla 117 insan cəsədi çıxarılıb. Merin sözlərinə görə, həmin kütləvi məzarlıqda yerli xəstəxanada vəfat edən xəstələrin və bir neçə ukrayna hərbçisinin də cəsədləri tapılıb. Bildirilir ki, fevralın 24-dən sonra Rusiya hərbçiləri yerli qəbristanlıqda dəfn mərasimlərinin keçirlməsinə imkan verməyiblər.
Kadırov Ukraynaya yeni döyüşçülər göndərir
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya daha bir könüllü dəstənin göndərilməsindən danışıb. Onun sözlərinə görə, həmin hərbçilər Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində hazırlıq kursunu bitiriblər. Amma hadisələri təhlil edən ekspertlər Çeçenistandan olan döyüşçülərin Ukraynada effektiv döyüşməsinə şübhə ilə yanaşırlar.
Aprelin 23-də Mariupolda Rusiya qoşunlarının mühasirəsində qalanlar üçün humanitar dəhliz açıla bilər.
Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Facebook-da yazıb.
Viktoriya Nuland Moskvanın nüvə silahından istifadəsini istisna etmir
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland istisna etmir ki, Putin nüvə silahı da daxil olmaqla, “fəlakətli nəticələri olan müxtəlif növ silahlardan” istifadəyə göstəriş verə bilər. O, bu barədə Ukraynanın “Avropa həqiqəti” (“Yevropeyskaya pravda”) nəşrinə müsahibəsində bildirib. Nulandın sözlərinə görə, ABŞ və müttəfiqləri hazırda Kremlə çatdırmağa çalışırlar ki, bu halda Putinin özü və Rusiya üçün nəticələr “tamamilə fəlakətli ola bilər”.
O, əmin edib ki, nə olursa olsun, Qərb müttəfiqləri “Ukraynanı tək qoymayacaqlar”. Bununla belə, amerikalı diplomat həm də kütləvi qırğın silahlarından istənilən istifadənin “vəziyyəti tamam başqa səviyyəyə aparacaq”nı vurğulayıb.
Viktoria Nuland
Viktoria Nuland
Azadlıq radiosu
Tarix: 23-04-2022, 22:39
Xəbəri paylaş





Xəbər lenti