Qərbin xüsusi xidmət orqanları Putinin bunkerinin dəqiq yerini aşkar edib...

Qərbin xüsusi xidmət orqanları Putinin bunkerinin dəqiq yerini aşkar edib...
"ABŞ-ın Kremli yerində oturtmağa və Moskvada "nüvə silahı" sözbirləşməsini unutdurmağa gücü yetərlidir"
 
Qərbin xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putinin gizləndiyi bunkerin harada yerləşdiyindən xəbərdardır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov "Ukrayna 24" telekanalının efirində deyib.
 
Aparıcı jurnalist Natalya Vlaşşenko ehtiyat edib ki, "ağlını itirmiş Putinin qeyri-sağlam ruhi vəziyyətini" nəzərə alsaq, böyük ehtimalla o, nüvə silahının tətbiqinə qərar verəcək. Lakin, Avakovun sözlərinə görə, Putin üçün bir neçə çəkindirici amil var və onlardan biri də Britaniya kəşfiyyatının onlara Rusiya hakiminin harada olduğu yerin dəqiq məlum olduğu bəyanatıdır.
 
"Qərb dövlətlərinin xüsusi xidmət orqanları üçün Putinin harada və hansı bunkerdə olması sirr olmadığı kifayət qədər açıq- aydın səsləndirilib. Bütün məhdudiyyətlər götürüləndə (nüvə silahının tətbiqi məhdudiyyətlərin götürülməsidir) Putinin olduğu yerə məqsədli zərbənin endirilməsi üçün metodların olmamasını düşünmək lazım deyil", - Avakov bəyan edib və qeyd edib ki, Rusiya hərbçiləri tərəfindən kimyəvi silah tətbiqi ehtimalı da yüksək deyil.
 
"Kimyəvi silahın tətbiqinin rezonansı yoldaş Putinə daha da pis effekt verəcək. Bax, indi, məsələn, bir milyard əhalisi olan neytral Hindistan Putini dəstəkləməsə də, fəal surətdə onun əleyhinə çıxmır. Çin dünya birliyi kimi xalqlar arasında sülh və dostluğun tərəfdarıdır. Putin kütləvi qırğın silahını işlədən kimi hətta balansı saxlamağa çalışan ölkələr də digər tərəfə keçməyə məcbur olacaq və Putin son dayağından məhrum olacaq", - Avakov əminliyini bildirib.
 
Ukraynalı siyasətçi güman  edir ki, belə mövzuların müzakirəsi zamanı adi hətbi məntiqi işə salmaq lazımdır.
"Məsələn, Kremençuq neft emalı zavoduna nüvə silahını işlətmək mənasızdır, çünki orada adi artilleriya işləyə bilər. Orduların toqquşduğu cəbhə xəttində nüvənin tətbiqu qeyri- realdır, çünki Rusiya hərbçiləri də zərər çəkə bilər. Ukraynanın şərqində də kütləvi qırğın silahının tətbiqi az ehtimal edilir, çünki küləyin haradan əsəcəyi və Rusiyanın ərazilərinin zərər çəkə
məyəcəyi aydın olmayacaq.
Ona görə də nüvə silahının tətbiqi təhlükəsi gerçək atribur deyil, "dəyənəyin" zəruri atributudur", - Avakov sözlərinə yekun vurub.
 
Xatırladaq ki, ABŞ- ın 45- ci prezidenti Donald Tramp Amerika hakimiyyətini Putinin "qırmızı düyməni" basacağı təhlükəsindən qorxmamağa çağırış edib. Onun fikrinə görə, ABŞ- ın Kremli yerində oturtmağa və  Moskvada "nüvə silahı" sözbirləşməsini utundurmağa gücü yetərlidir.

Tarix: 26-04-2022, 23:28
Xəbəri paylaş





Xəbər lenti