Saytlarda saxta İP probleminə son – Milli sayğac niyə yaradıldı


Saytlarda saxta İP probleminə son – Milli sayğac niyə yaradıldı.
Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması – “Metrix.az” layihəsinin təqdimatı keçirilib. 

“Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir. Milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data-baza formalaşdıracaq.Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov 7Times.az -a açıqlamasında bildirib ki, onlayn mühitdə müxtəlif yerli sayğaclardan istifadə olunur:“Alqoritm müxtəlifliyi məlumat müxtəlifliyi yaradır. Real mənzərəni görmək mümkün olmadığı üçün məntiqi nəticəyə də gəlinə bilmirdi. Bu problemi həll etmək məqsədilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması – “Metrix.az”yaradıldı. Yaradıldıqdan sonra başladıq araşdırmalar aparmağa, alqoritmi tədricən inkişat etdirməyə. Nəticələri “Google Analytics”lə müqayisə etdik və realda gördük ki, hansı problemlər mövcuddur, hansı sayğaclar nə şəkildə meyarları, ziyarətləri, səhifə baxışlarını formalaşdırır. Biz bu proses zamanı gördük ki, bir neçə veb-saytlarda baxış sayını süni şəkildə artırırlar”.Ekspertin sözlərinə görə, “Metrix.az” etibarlı, şəffaf mənbə olaraq yaradılıb və bu, ilk növbədə reklamverənlər üçün vacibdir:“Reklamverənlər də düzgün informasiya əldə etdikdən sonra rahat şəkildə reklam yerləşdirə biləcəklər. Nəticədə isə həm reklam verənlər udur, həm də saytlar maliyyə azadlığı əldə edə bilir”.

Tarix: 30-04-2022, 15:13
Xəbəri paylaş





Xəbər lenti