Putin həm qorxudur, həm də qorxur: Nüvə silahına cəsarəti çatacaqmı?..


Putin həm qorxudur, həm də qorxur: Nüvə silahına cəsarəti çatacaqmı?..Boris Conson və Volodimir Zelenski, Kiyev, Ukrayna

İndi Rusiyanın “nüvə” təhdidləri Ukraynaya dəstəyin qarşısının alınması elementi kimi istifadə olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj danışıb.
“Bu praktikada necə müşahidə edilə bilər? Rusiya Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə, qoşunların, texnikanın və yeni silahların bazalarına zərbələr endirə bilər. Bu mərkəzlər indi Rusiyanın diqqəti altındadır. Yeni silahların, texnikanın, xüsusən də daha yüksək dəqiqliyə malik olan silahlar gətirilən zaman zərbələr endirmək üçün hazırlıq gedir”,- deyə ordu generalı qeyd edib.
Eyni zamanda, general vurğulayıb ki, Böyük Britaniya və ABŞ öz vasitələrindən, o cümlədən kosmosdan istifadə edərək Rusiya ərazisində yerləşən istənilən taktiki və strateji nöqtəyə - onların necə hərəkət etdiyinə, necə yerləşdirilməsinə, hazırlıqların necə aparıldığına nəzarət edir.
“Conson açıq şəkildə bildirdi ki, biz Rusiyada mövcud olan bütün nüvə silahlarının yerini bilirik. Bu səbəbdən onlara zərbə dərhal olacaq. O, belə addımların NATO ilə razılaşdırılmayacağını da bəyan edib. Bu, başqa bir vacib məqamdır, çünki NATO bürokratiyası bu cür silahların istifadəsinə çox uzun müddət icazə verilməsini nəzərdə tutur. Britaniyanın güclü nüvə silahı var, ona görə də o, Rusiya Federasiyasının həm taktiki, həm də strateji atışlarına cavab verə bilər”,- deyə Malomuj bildirir.
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov dolayı yolla Rusiyanın gələcəkdə Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə işarə etmişdi. Eyni zamanda prezident Volodimir Zelenski xəbərdarlıq etmişdi ki, dünya təcavüzkarın nüvə zərbəsinə hazırlaşmalıdır.
Ukrayna və xarici kəşfiyyat məlumatlarına görə, Rusiya hələ ki, hazırda nüvə silahını istifadə üçün hazırlamır. Öz növbəsində, Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç Rusiya Federasiyası rəhbərliyinə Ukrayna ərazisinə nüvə zərbələri ilə bağlı xəbərdarlıq edib.
Vladimir Putin Vladimir Putin
Qərb məmurları və ekspertlərinin əksəriyyəti bu fikirdədir ki, Vladimir Putin nüvə silahından istifadəyə cəsarət etməyəcək. Çünki o halda ABŞ və Avropa mütləq cavab verməli olacaq. Xüsusən də Britaniyanın "heç kimlə məsləhətləşmədən dərhal vuracağıq" deməsi Putini şübhəsiz ki, çəkindirəcək. Çünki Britaniyanın "blef" etmədiyi Putinə aydındır. Rəsmi London öz cəsarətini hələ müharibədən əvvəl göstərmişdi - o zaman bu ölkənin hərbi gəmisi Rusiyanın öz ərazisi elan etdiyi sulardan keçərək Gürcüstana gəlmişdi. Rusiya təyyarələri gəmiyə yaxınlaşsa da, bundan artığını etməyə cəsarətləri çatmamışdı.
Tarix: 1-05-2022, 22:29
Xəbəri paylaş





Xəbər lenti