Tural Abbaslının müavini: “Zelenskinin sonu Saakaşvilidən də pis olacaq, ukraynalılar onu hakimiyyətdən qovacaqlar”


“Zelenski yavaş-yavaş Türkiyə və Azərbaycana qarşı açıqlamalar verir. Hələ harasıdır... Bilməmişik, Türkiyə və Azərbaycan bu naşının apardığı səhv siyasətə görə Rusiyaya müharibə elan etməlidir. Adama deyərlər, ay artist torpağım 30 ilə yaxın işğal altında idi, sənin ölkən bizə görə balaca Ermənistanla düşmən oldu? Bəs biz nə üçün sizə görə nəhəng Rusiya ilə düşmən olmalıyıq?”
 
Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib.
 
Ə.Məmmədli qeyd edib ki, gec-tez Rusiya imperiyası dağılacaq, amma ondan əvvəl Zelenskinin sonu Saakaşvilidən də pis olacaq, ukraynalılar özləri onu hakimiyyətdən qovacaqlar: “Azərbaycanda bəh-bəhlə az qala Zelenskinin tumanını paylaşan partiya sədrləri, baş redaktorlar, politoloqların proqnozları isə həmişə olduğu kimi sabun köpüyü olacaq “но им не привыкать”. Bu arada, Kiyevdə səfərdə olan Nensi Pelosi “aqressora qarşı sona qədər mübarizə aparmalısız” deyib. Vaşinqtonun direktivi aydındır: Biz sizə görə ruslarla vuruşan deyilik, amma bizə lazımdır ki, siz ruslarla vuruşasınız. Ukraynanın "uğurla" Suriyaya çevrilməsi prosesi davam edir...”
Tarix: 2-05-2022, 22:26
Xəbəri paylaş





Xəbər lenti