İCRA BAŞÇISI İŞƏ İDMAN GEYİMİNDƏ GƏLİR? - İcra Hakimiyyətindən açıqlama + VİDEO





Bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.

Paylaşlan videogörüntülərdə İcra başçısının qəbula gələn şəhid ailəliriylə mübahisə etdiyi görünür.
“Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”,- şəhid atası bildirir.
Xəzər Aslanovun iş vaxtı qeyri-rəsmi geyimdə olması da diqqət çəkib.
Məsələ ilə bağlı Xızı rayon İcra Hakimiyyətindən “AzPolitika.info”-ya bildirildi ki, videogörüntüdəki şəhid ailələri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilib: ”Qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Belə ki, şəhid Alik İsayevin qardaşı Cahangir İsayev Xızı Rayon İcra Hakimiyyətində işlə təmin edilmişdir.
Məsələ ilə bağlı münasibət bildirən Razi Nurullayevə məsləhət bilərdik ki, təmsil etdiyi dairə üzrə öz seçicilərinin problemləri ilə maraqlansın və onların etimadını qazansın. Bu kimi məsələlərdən xal qazanmaqla, siyasətçi obrazı yaratmaq siyasi etika ilə ziddiyət təşkil edir”.
Xızı rayon İcra Hakimiyyətindən Xəzər Aslanovun iş vaxtı qeyri-rəsmi geyimdə olmasına isə heç bir münasibət bildirilmədi.
Qeyd edək ki, Xəzər Aslanov 2020-ci ildə həbs olunan Neftçalanın sabiq icra başçsı İsmayıl Vəliyevin qohumudur.
“AzPolitika.info”


Tarix: 12-05-2022, 09:14
Xəbəri paylaş





Xəbər lenti