"Quduzlaşan rus itinin başında heç nə yoxdur, o, hakimiyyət və qorxu ilə qidalanır"


"Təkcə düşmənə nifrət üzərində xoşbəxt Ukrayna qura bilmərik, bizə hamının qayıtmaq istədiyi ölkə lazımdır"
 
"Mariupolun müdafiəçiləri gerçək qəhrəmanlardır və ölkənin qürur mənbəyidir"
 
Rusiya hakimiyyəti qorxu ilə qidalanır və Ukraynada Rusiya işğalçılarına qarşı qorxu olmayacağını gözləmirdilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində ukraynalı pediatr və teleaparıcı Yevgeni Komarovski bəyan edib.
 
"Bax, tutaq ki, səni quduz bir it dişləyib, sən də anlamaq istəyirsən ki, onub başında nə var. Heç nə yoxdur, onun instinktləri var- qida verəcəksən, yoxsa yox. O, hakimiyyət və qorxu ilə qidalanır. Bu it ondan qorxanlardan xoşlanır, böyüyür. Və onun üçün ən dəhşətlisi kimsənin ondan qorxmamasıdır. O, insan qorxusundan qidalanmağa vərdiş edib", - Komarovski deyib.
 
Onun sözlərinə görə, Rusiya hakimiyyəti də buna əsaslanır.
 
"Rusiyanın hakimiyyəti Ukrayna hakimiyyətindən nə ilə fərqlənir? Burada hakimiyyətdən qorxmurlar, orada isə hakimiyyət hamıdan və hər şeydən güclüdür. Sən nə qədər yüksək vəzifədə olsan, qarşında əyiləcək, dik dayanacaqlar. İmperiyaçılıq elə bu deməkdir, sənə öz ölkən azlıq edir, sən daha çoxunu istəyirsən. Ona görə də bu başda yaxşı heç nə yoxdur. Orada onurğa beynindən başqa nəsə başqa bir beyin var, yoxsa yox, bu, artıq başqa məsələdir", - Komarovski deyib.
 
Daha sonra o, deyib ki, tək düşmənə nifrətlə biz xoşbəxt Ukrayna qura bilmərik. Bizə xoşbəxtliyin başqa meyarları lazımdır. Bizə hamının qayıtdığı ölkə lazımdır.
 
Ukraynalıların ölkədən kütləvi şəkildə miqrasiyasından danışarkən, teleaparıcı deyib ki, özü ölkəni tərk etmək istəmir.
 
"Yox, mən qəti şəkildə ölkədən getmək istəmirəm. Ona görə də hər zaman özümə sual edirəm: Ukraynanın taleyi necə olacaq, necə edək ki, bütün dünyadan ölkəmizə dönsünlər".
 
O, qeyd edib ki, düşmən ukraynalıları səfərbər edib, lakin indi onlar hamının geri dönmək istədiyi xoşbəxt ölkəni necə qurmaq barədə düşünməlidir.
 
"Bəli, biz bir daha sübut etdik ki, müstəqil ölkəyik, öz azadlığımız uğrunda hər şeyə hazırıq. Və ümumi düşmən bizi səfərbər edib. Biz elə bir ölkə qurmalıyıq ki, hamı bir- birinə kömək etsin, qibtə etməsin, bir- birinin uğurlarına sevinsin, uşaqlara, qocalara qayğı göstərsin, müəllim və həkimlərinə qarşı diqqətli olsun və Ukraynanın düşməninin kim olduğinu anlasın. Bu düşmən isə oğrulardır", - həkim vurğulayıb.
 
Komarovski deyib ki, o, həkimliyi buraxıb, əlinə avtomat alıb vuruşmaq istəyir. O, həkimlik praktikasında Xarkov şəhərində az qala hər evi tanıyır, ona görə də hər bir atəş barədə məlumatı ürəyinə salır.
 
"Bu, məndə nifrət hissini artırır və mən həkimliklə məşğul ola bilmirəm, əlimə avtomat alıb döyüşçülərimizin yanında olmaq istəyirəm".
 
Mariupolun müdafiəçilərindən danışarkən Komarovski deyib ki, onlar gerçək qəhrəmanlardır.
 
"İlk təəssürat- onların qarşısında baş əyməkdir. Bu qəhrəmanlığı anlamaq çətindir. Belələri ölkənin qürur yeridir".

Tarix: 15-05-2022, 14:53
Xəbəri paylaş





Xəbər lenti