86 gün sonra Mariupolun müdafiəsi dayandırıldı - Video
“Azov” alayı döyüşçülərinin həyatını xilas etmək üçün Mariupolun müdafiəsini dayandırıb. Yeniavaz.com xəbər verir ki, bu barədə alayın komandiri, polkovnik-leytenant Denis Prokopenko videomüraciətində deyib. “Mariupolun müdafiəsinin 86-cı günü. Ali hərbi rəhbərlik qarnizonun hərbi qulluqçularının həyat və sağlamlığının qorunması və şəhərin müdafiəsinin dayandırılması barədə göstəriş verib”, - deyə o qeyd edib.