"Dünyaya baxanda qazın qiyməti heç nədir, amma özümüzə baxanda bahadır" - Deputatdan nazirə cavab



“Dünya bazarı ilə müqayisədə bizdə qazın qiyməti, təbii ki, aşağıdır. Qaz, neft istehsal edən ölkəyik. Bunu dünya standartları ilə ölçməli deyilik. Dünyaya baxanda qazın qiyməti heç nədir, amma özümüzə baxanda bahadır”.

Siam.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas maliyyə naziri Samir Şərifovun Azərbaycanda qazın qiymətinin dünya ilə müqayisədə çox aşağı olması barədə fikirlərinə münasibət bildirərkən deyib.

“Qazı istehsal edirik, qonşudan almırıq. Xərc çəkmirik. Daşınma xərci yoxdur. Benzin istehsal edən iki zavodumuz var idi, ikisi də işləmir. Azərbaycan özü neft istehsal edir, benizini qonşudan alırıq. Belə şey olmaz axı”, - deputat bildirib.

Tarix: 25-05-2022, 16:53
Xəbəri paylaş





Xəbər lenti