"Ukraynada əzablara və dağıntılara son verin!" - Almaniya prezidenti Putinə müraciət etdi


 

"Dünyanın bir çox regionlarını aclıq və ölüm təhlükəsi gözləyir"

Almaniya prezidenti Frank- Valter Ştaynmayyer rusiyalı həmkarı Vladimir Putinə müraciət edərək, Ukrayna ərazisində döyüş əməliyyatlarını dayandırmağa və qoşunlarını çıxarmağa çağırış edib.
 
Bunu o, mayın 25- də Ştutqartda alman katolikləri günü münasibətilə çıxışında bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Doyçe Vele" mediaşirkəti məlumat yayıb.
 
Alman siyasətçisi Putini  Ukraynanın "suverenliyinə hörmət etməyə" səsləyib.
 
"Cənab Putin, Ukraynada əzablara və dağıntılara son verin! Qoşunlarınızı çıxarın!", - Almaniya prezidenti deyib.
 
O, Kreml rəhbərini Ukrayna prezidenti Vladimir Zelenski ilə "birbaşa və ciddi" danışıqlardan imtina etməməyə çağırış edib.
 
Ştaynmayyer vurğulayıb ki, Rusiyanın təcavüzkar müharibəsi təkcə ukraynalılara toxunmur. 
 
Rusiyalılar Ukrayna limanlarını blokadaya alıb, bu da milyonlarla ton taxılın ixracının dayandırılmasına gətirib çıxarıb. Taxılın qiyməti müxtəlif ölkələrdə kəskin surətdə artıb.
 
"Dünyanın bir çox regionlarını, xüsusilə Şərqi və Cənubi Afrikada aclıq və ölüm təhlükəsi gözləyir", - Almaniya prezidenti xəbərdarlıq edib.
 
O, həmçinin vurğulayıb ki, "Putin müharibəsinin nəticələri pandemiyadan hələ də özünə gələməyən dövlətlərə, iqlim böhranı ilə bağlı torpaqları quruyan və münbitsiz olan regionlara zərbə vuracaq".
 
Qeyd edək ki, Almaniya prezidenti son illər Rusiya ilə "son dərəcə sıx əlaqələrdə", o cümlədən "Şimal axını- 2" qaz kəmərinin tikintisinə dəstək verdiyinə görə dəfələrlə ittiham olunub.
Tarix: 26-05-2022, 14:52
Xəbəri paylaş





Xəbər lenti