Professor "DURUN"dedi!- “Şahbazla Dilqəmin açıqlamaları ölkəmizə qarşı..."


Dilqəm Əsgərov və Şahbaz Quliyevin son günlərdə  media resurslarına verdiyi açıqlamalar hər kəs tərəfindən bir mənalı qəbul edilməyib. Və onların dövlətin milli maraqlarına zidd açıqlamalar verməsi qınaq obyektinə çevrilib. Əlbəttə, qınaq hədəfi D.Əsgərov, Ş.Quliyev  və onları narazı salan məmurlardır. Amma işin başqa bir tərəfi də olmamış deyil. Söhbət onlara meydan verib, ölkənin milli təhlükəsizliyini ayaqlar altına atan media quruluşlarından gedir. 

Tanınmış jurnalist, teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli də  "Sherg.az"a bildirib ki, informasiya müharibəsinin davam etdiyi bir dövrdə ,bu kimi yalan və şişirtmə məlumatlar Ermənistan mediası tərəfindən bizə qarşı istifadə oluna bilər:

"Keçmişdə qalan məlumatların yayılması qeyri- peşəkarlıqdır. Bu məlumatı verən şəxslərin mötəbərliyi və məlumatın düzgün olub-olmaması şübhə altındadır. Media rəhbərləri bu kimi həssas məsələlərə xüsusi diqqətlə yanaşmalıdır. Çünki  belə lazımsız məsələlərin xırdalığına qədər araşdırılması qeyri-obyektiv və qeyri-peşəkar işlər ortaya çıxarır. Bu şəxslərin bir-biri ilə üst-üstə düşməyən fikirləri və açıqlamaları xarici qüvvələr tərəfindən maraqla qarşılanacaq bir şey deyil. Hər iki şəxsin uzun müddət əsirlikdə olması, ciddi psixoloji təsir altında olmaları və əzab çəkmələri nəzərə alınmalıdır".

Qeyd edək ki  Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən 2014 -cü ildə əsir götürülüblər. 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycana gətiriliblər.

Tarix: 27-05-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti