Mixail Xodorkovski Putinsiz Rusiyanın gələcəyinin dörd mümkün modelini açıqladı...

Mixail Xodorkovski Putinsiz Rusiyanın gələcəyinin dörd mümkün modelini açıqladı...
Rusiyalı sahibkar, publisist, ictimai və siyasi xadim Mixail Xodorkovskinin fikrinə görə, Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən kənarlaşdıqdan sonra hadisələrin inkişafının bir neçə ssenarisi mümkündür.
Moderator.az xəbər verir ki, bu barədə müxalifətçi özünün "Telegram- kanal"ında fikirlərini bölüşüb.
 
Xodorkovskinin fikrinə görə, bir neçə variant mümkündür:
 
1) Rusiya prezidentinin əqidədaşları Putinin gedişindən sonra hakimiyyəti saxlayacaq;
 
2) Rusiya tamamilə dağılacaq;
 
3) "Putinçilər"in yerinə "antiputinçilər" gələcək; 
 
4) ABŞ nümunəsi kimi federallaşma.
 
Variant 1: "Putinçilər"in hakimiyyətə gəlişi
 
"Putinçilər Putinin gedişindən sonra hakimiyyəti qoruyub saxlayır. Rusiya imperiya siyasətini davam etdirir. Putinçilərə xarici düşmən lazım olduğundan, cəmiyyəti birləşdirmək və regionlardan toplanan verginin 60 faizi həcmində xərac toplamaq, sonra isə loyallığın əvəzinə pullar paylamaq üçün vətəndaş və imperialist müharibələr davam edəcək. Hər şey kədərlidir. Ölkə nüvə müharibəsinin alovunda yanmasa, taqətdən düşəcək. Taqətdən düşəndə isə yanmasa, yerdə qalan üç variantlardan birinə gedəcək", - Xodorkovski belə güman edir.
 
Variant 2: Rusiya Federasiyasının dağılması
 
"Ölkə tamamilə dağılacaq. Onun xarabalıqları üzərində 5- 7 nüvə dövləti yaranacaq, onların inzibati sərhədləri mübahisəli olacaq və böyük ehtimalla onların genişləndirilməsi uğrunda döyüşəcəklər.
Müharibə, ehtimal ki, beynəlmiləlləşərsə, nüvə müharibəsi olacaq", - Xodorkovski buna əmindir.
 
Variant 3: müxalifətin hakimiyyətə gəlməsi
 
"Antiputinçilər"in hakimiyyətə gələcəyi təqdirdə onlar Vahid Demokratik Rusiya yaratmağa cəhd edəcəklər.
"Qərbə bel bağlamaq cəhdi uğur gətirməyəcək, yaxınlaşma prosesi ləng gedəcək və problemli olacaq, hakimiyyəti isə əldə saxlamaq lazımdır. Deməli, düşmən lazımdır. Əvvəlcə bu, daxili düşmənlər- kommunistlər, vətənpərvərlər, güc strukturları, tabe olmayanlar və ya korrupsiyaya uğramış regional elita, daha sonra xarici düşmən olacaq", - publisist buna əmindir.
 
Variant 4: ABŞ nümunəsi kimi federallaşma
 
Bu halda hakimiyyətin mənbəyi regionların əhalisi və ya regionların aqlomerasiyası olacaq və ümumi məsələlərin həlli üçün öz nümayəndələrindən ibarət  federal mərkəz təsis edəcək.
 
"Ola bilsin ki, bu federal mərkəzin bir hissəsi özlərini ilk növbədə kommunist, liberal və ya vətənpərvər, yalnız bundan sonra Volqaboyulular, sibirlilər və ya Uzaq Şərqlilər hesab edən insanları təmsil edən federal partiyalar olacaq. İnanmıram ki, belələri 30 faizdən çox olsun. Ən vacibi odur ki, bu insanlar özlərini deyil, öz zaminlərinin maraqlarını təmsil etsin və geriyə çağırıla bilsin", - Xodorkovski deyib və əlavə edib ki, onun özü 4- cü modelin tərəfdarıdır.
Tarix: 30-05-2022, 08:22
Xəbəri paylaş





Xəbər lenti