Riyakarlığın və həyasızlığın pik həddi...

Riyakarlığın və həyasızlığın pik həddi...
"Rusiya müharibəni Donetsk və Luqansk vilayətlərinin tamamilə azad edilməsinədək davam etdirəcək"
 

"Ukraynanın digər ərazilərinin sakinləri rusofob Kiyev rejiminin hakimiyyətinə dönüş etməklə xoşbəxt olmayacaq"
 
"Biz mülki obeyktləri hədəfə almırıq, ukraynalı hərbçilər özləri öz şəhərlərini və həmvətənlərini məhv edir"
 
Lavrov Ukraynada müharibənin prioritet vəzifələrini açıqlayıb
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Federasiyası Ukraynaya qarşı müharibəni ən azından Donetsk və Luqansk vilayətlərini büsbütün zəbt edənədək davam etdirmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Fransanın TF1 telekanalına verdiyi müsahibəsində bəyan edib.
 
"Aşkar vəzifəmiz Ukrayna ordusunu və özünümüdafiə taborlarını Donetsk və Luqansk vilayətlərinin hüdudlarından kənara çəkməkdir.
 
Rusiya Federasiyası tərəfindən müstəqil dövlətlər kimi tanınan Donetsk və Luqansk vilayətlərinin azad edilməsi, şübhəsiz ki, başlıca prioritet vəzifəmizdir", - Rusiyanın baş diplomatı belə deyib.
 
Lavrov qeyd edib ki, Ukraynanın digər ərazilərinin taleyini yerli sakinlər həll edəcək:
 
"İnsanların yaşadığı və Rusiya ilə əlaqələri kəsmək istəməyən digər ərazilərin taleyini həmin vilayətlərin əhalisi həll edəcək. Düşünmürəm ki, onlar özünün tamamilə rusofob mahiyyətini sübut etmiş Kiyev rejiminin hakimiyyətinə dönməkdən xoşbəxt olacaqlar. Bunu insanlar özləri həll etməlidir".
 
Rusiya XİN rəhbəri növbəti dəfə guya Donbas sakinlərini qətlə yetirən məkrli Kiyev rejimi, Qərbin qəsdən Ukraynanı Rusiyanın düşməninə çevirməsi,  Ukraynada hansısa "nasist özbaşınalığı", Rusiya ordusunun dinc sakinləri öldürməməsi və Kremlin digər tezislərini təkrarlamaq fürsətindən yararlanıb.
 
Bu tezislər Rusiya hərbçilərinin törətdikləri çoxsaylı hərbi cinayətlərinin aşkar sübutları və Ukraynanın rusdilli vətəndaşlarının heç kim və heç vaxt rus dilinə görə təqib edilmədiklərinin şəksiz sübutları ilə təkzib edilib.
 
Lavrov həmçinin yenidən inandırmağa çalışıb ki, Rusiyanın Ukraynada "xüsusi əməliyyat"ının uzun müddət çəkməsinin səbəbi mülki obyektlərin qorunması barədə əmrlə müəyyən edilib.
 
"Bəli, insanlar həlak olur. Lakin əməliyyat belə uzun çəkir, hər şeydən öncə ona gorə ki, əməliyyatda iştirak edən rusiyalı hərbçilər mülki infrastruktura hücumlardan və zərbələrdən çəkinmək barədə əmr alıblar.
Hücumlar isə yalnız hərbi obyektlər, texnika və canlı qüvvələrə qarşı yönəlib", - Lavrov bəyan edib və sübut kimi ukraynalı hərbçilərinin öz şəhərlərini məhv etməsi və öz həmvətənlərini qətlə yetirməsi barədə tamamilə cəfəng iddiaları ifadə edib.
Tarix: 30-05-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti