Quru yollaını niyə açmırlar? - “Operativ Qərargahın məsuliyyətsizliyidir ki,səbəbi elan etmir...”


"Mən Operativ Qərargahın quru səhədlərin açılmamasına dair yanaşması ilə dəqiqlikə tanış deyiləm. Ola bilsin ki, ətraf ölkələrdə pandemiyanın vəziyyəti barədə müxtəlif informasiyalar alırlar və əhalinin miqrasiyasını məhdudlaşdırmaq qərarı qüvvədədir. Yəni istəmirlərki, miqrasiya artsın. Məsələyə müxtəlif yöndən yanaşa bilərik. Azərbaycanda AZAL dövlət şirktidir. Ola bilsin ki, hansısa səviyyədə hökumət AZAL-ın gəlirlərinin artması üçün belə qərar qəbul edir.

Yaxud qonşu ölkələrdəki pandemik vziyyət bunu diqtə edir. Amma bu, ya zəlzələdən, ya vəlvələdən Azərbaycan vətəndaşlarına ciddi ziyan vurur, iqtisadiyyata ziyan dəyir. Turizm mövsümüdür. Turizm sektoru pandemiyada çöküb, bunu dirçəltmək üçün quru yolları tez bir zamanda açılmalıdır".

Siam.az xəbər verir ki, bunu Cebhe TV-nin canlı efirində iqtisadçı ekspert Akif Nəsirli deyib.

AZAL-ın zərərlə işlədiyini xatırladan ekspert bildirib ki, o, biletləri hamıdan baha satır:

"Bəs bu şirkət niyə bu qədər zərər edir? Zərər ümumi bəladır. Dövlət şirkətlərinin xarakteridir ki, dövlətdən dahaçox pul alsın və "psipiska" edilsin.

Quru sərhədlərin açılması uzun çəkməycək. İyunun ortaları və ya sonuna qərar qəbul olunacaq. Bütün dünyada pandemiya səngiyir. Yəni pandemiya artıq sərhədlərin bağlı olması üçün səbəb deyil. Operativ Qərargah açıq deməlidir ki, ya epidemoloji vəziyyət qonşu ölkələrdə daha pisdir, ya meymumçiçəyindən qorxur. Bu, Operativ Qərargahın məsuliyyətsizliyidir ki,səbəbi elan etmir”.
Tarix: 2-06-2022, 13:38
Xəbəri paylaş





Xəbər lenti