“Azərbaycan dövlət qurumları işləyə bilmir” - ETİRAZ


“Azərbaycan dövlət qurumları işləyə bilmir”. Siam.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı-publisist Xeyrəddin Qoca deyib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sabirabad rayonunun Qəzli kəndində 9-cu sinif şagirdi oln qızın ərə verilməsiylə bağlı məlumat yayılıb. Geniş müzakirələrə səbəb olan xəbəri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə ictimailəşdirib.

Xeyrəddin Qocanın sözlərinə görə, bu problemin qarşısı heç cür alınmır:

“Oxşar problemdir. Azərbaycanda heç bir təşkilat işləyə bilmir. Məsuliyyətsiz yanaşırlar. Mən anlaya bilmirəm ki, 9-cu sinif şagirdi necə ailə qurur. Onun savadı yoxdur. Özünü necə saxlaya bilər axı. Bunlar mənə çatmır. Heç cür aydınlaşdıra bilmirik. Ümumiyyətlə, bu nə deməkdir. Azərbaycan xalqı nə işlə məşğuldur?! Vallah, ayıbdır! Guya müsəlmanıq”.

X.Qoca qeyd edib ki, onunla evlənən adam da, ərə verən də məsuliyyətə cəlb olunmalıdır:

“Evlənən qızcığazın ərinin başına bir iş gəlsə, onda necə dolanacaq. Diplomu, savadı, ağlı yoxdur. Ümumiyyətlə onu niyə alırlar. Ailəsinin qızı belə erkən yaşda ərə verməsinin səbəbi nədir.

18 yaşına çatmayan şəxslə evlənmək olmaz. Qanuna ziddir. Onunla evlənən adam da, ərə verən də məsuliyyət daşıyırlar. Heç nə başa düşə bilmirəm. Xoşbəxt olsunlar. Amma necə xoşbəxt olacaqlar, onu deyə bilmərəm”.
Tarix: 2-06-2022, 16:41
Xəbəri paylaş





Xəbər lenti