Azərbaycanın qapalı sərhədləri: Quru yollar açılarsa yoluxmanın artacağını düşünmürəm”


İyunun 1-də Azərbaycanın quru sərhədlərinin açılacağı gözlənilsə, də bu proqnoz özünü doğrultmayıb. Sərhədlərin hələ də bağlı qalması müxtəlif səbəblərlə izah olunur. Bəzi ekspertlər bunu ölkədə yoluxma sayının kəskin artacağı ilə əlaqələndirirlər.
Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, quru sərhədlərin açılacağı təqdirdə, yoluxmanın artacağını düşünmür:
“Onsuz da hava yolu açıqdır. Təyyarələrlə xaricdən gəlib-gedənlər var. Quru yol açıq olanda yalnız qonşu ölkələrdən gəliş-gediş olur. Qonşu ölkələrdə də hazırda epidemioloji vəziyyət sabitdir. Təqribən Azərbaycana uyğundur. Ciddi yoluxma olacağını düşünmürəm.
Hava yolu ilə gələnlərin xəstə olma ehtimalı daha çoxdur. Amma gələnlər müayinə olunur. Bu, çətin proses deyil. Quru yolların açılacağı təqdirdə yoluxmanın artacağını düşünmürəm”.
Tarix: 7-06-2022, 21:46
Xəbəri paylaş





Xəbər lenti