“Turizmin qarşısında ən böyük sədd AZAL-dır”


““Formula-1” heç bir ölkəyə birbaşa qazanc gətirmir, amma iş doğru təşkil olunanda iqtisadiyyatda mutiplikativ effekt yaradır, ölkənin tanıtımı maddiləşir, turizm və investor axını artır ki, bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur, ölkələr məhz belə pul qazanırlar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
N.Cəfərli qeyd edib ki, Azərbaycanda əhalinin bu yarışa neqativ münasibəti şəhərdə yalnız hərəkətin iflic olmasına görə deyil, həm də yarış zamanı və yarışdan sonra pul qazanılmamasıdır: ““Formula-1” çox populyar yarışdır, dünyada 500 milyon nəfərə yaxın azarkeşi var, deməli, ölkələrin tanıtımının artmasına yaxşı şərait yaradır: “Doğru siyasətlə bu tanıtım maddiləşməlidir – turizm artır, hər turist bizim kimi ölkələrdə ortalama həftəyə ən azı 500 dollar pul xərcləyir, bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır, bununla da büdcə qazanır. Bizdə turizmin qarşısında ən böyük sədd AZAL-dır, belə yüksək bilet qiymətləri turizmin qənimidir, həm də ona görə “Formula-1”in effektini görmürük. Tanıtımın digər maddiləşməsi investisiyalar olmalıdır, bu sahədə də “sinifdə qalmışıq”, investisiya mühiti toksikdir, cəlbedici deyil, deməli, tanıtımın bu “nemət”indən də istifadə edə bilmirik. Beləliklə, əhalinin narazılığının kökü məhz, “Qızınmadıq istisinə, kor olduq tüstüsünə” yanaşmasındandır və tam haqlıdırlar...”
Tarix: 8-06-2022, 22:33
Xəbəri paylaş





Xəbər lenti