Simonyanın himayədarı Azərbaycandan xaric edilir


Azərbaycan Dövlət Miqrasiya Xidməti “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi Federal Dövlət Unitar müəssisənin Bakı filialı olan “Sputnik-Azərbaycan” saytının baş redaktoru Belarus vətəndaş Antonava-Tryzno Veranika Olegovnanın Azərbaycanda müvəqqəti yaşama icazəsini ləğv edib. Bu barədə DMX-nin saytında bildirilir. 
Antonava-Tryzno Veranikaya və onun həyat yoldaşı Pavel Antonova müvəqqəti yaşamaq üçün yeni icazələrin verilməsindən də imtina edilib. Qərar 6 iyun tarixində verilib və bu gün dərc edilib.
“İnzibati icraat haqqında” qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildikdən 10 gün sonra ünvan sahibinə çatdırılmış hesab olunur. 
“Sputnik-Azərbaycan” Agentliyi Kremlin məşhur təbliğatçısı Marqarita Simonyanın baş redaktoru olduğu Federal Dövlət Unitar müəssisənin Bakı filialıdır.
Agentliyin redaksiya siyasəti Azərbaycanın maraqlarına zidd olan nəşrlərlə əlaqədar tez-tez Bakının tənqidinə səbəb olurdu. Rəsmi və qeyri-rəsmi səviyyədə Rusiyanın bu agentliyinin Azərbaycanda fəaliyyətini qadağan etmək çağırışları səslənirdi.
Contact.az
Tarix: 10-06-2022, 14:30
Xəbəri paylaş





Xəbər lenti