“AZAL vətəndaşları dövlətdən narazı salır” - Deputat monopoliyadan danışdı




“AZAL biletlərin qiymətini endirmək yerinə, günü-gündən qaldırır. Əhali bundan çox, həm də çox əziyyət çəkir. Narazılıqlar var. Vətəndaşları bu qədər sıxıntıya salmağa, incitməyə nə ehtiyac var? Biz bu qiymət artımında nəyə nail oluruq? Vətəndaş bunun izahını, açıqlamasını istəyir. Qiymət artımının səbəbini soruşur. Biz vətəndaşa izah etməliyik ki, nəyə görə qiymət qalxır”.
DİA.AZ xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanda bilet qiyməti qonşu ölkələrlə müqayisədə ikiqat bahadır, hər dəfə də qiymətlər artır:

“Hesab edirəm ki, AZAL-da monopoliyaya son verilməlidir, əks halda zərərçəkən tərəf yenə də Azərbaycan vətəndaşı olacaq. Vətəndaşların dövlətə münasibətində müəyyən narazılıqlar yaranır. İnsanlar çox narazıdırlar, şikayətçidirlər. Biz buna yol verməməliyik. Artıq bu məsələnin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. AZAL-dan başqa digər hava şirkətlərinə də imkan yaradılmalıd

Tarix: 13-06-2022, 10:44
Xəbəri paylaş





Xəbər lenti