Arif Hacılı: “Rusiyada, Türkiyədə, Gürcüstanda yaşayan soydaşlarımız ailə üzvlərinin yas mərasiminə qatıla bilmir”


“Xeyli müddətdir ki, COVİD-19 Azərbaycanda və regionda ümumi immunitet yarandığı üçün mövsümi  xəstəliklərdən birinə çevrilib. Dünya və region ölkələri pandemiya səbəbindən bağladığı quru sərhədlərini çoxdan açıb. Azərbaycan sərhədləri isə açılmır. Nəticədə əhalimiz miyardlarla dollar vəsait hesabına tikilmiş dəmir yollarından, qonşu dövlətlərlə Azərbaycanı birləşdirən beynəlxalq avtomobil yollarından faydalana bilmir. Sərhəd rayonları əhalisinin dolanışığına müsbət təsir edən xırda ticarət əlaqələri kəsilib. Qonşu dövlətlərdə, Rusiyada Türkiyədə, Gürcüstanda yaşayan soydaşlarımız valideynlərinin, ailə üzvlərinin dəfninə, yas mərasiminə gələ bilmir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
 
A.Hacılı qeyd edib ki, Azərbaycanda təyyarə biletlərinin qiyməti dünyanın əksər ölkələrində olduğundan daha yüksəkdir: “Türkiyədən, İrandan, Rusiyadan, Gürcüstandan Azərbaycana gətirilən ərzaq, yüngül sənaye məhsullarının, elekrotexnik malların qiyməti adətən olduğundan qat-qat bahadır ki, bu da həmin malların həm satıcısı, həm də alıcısı olan əhslimizə ciddi ziyan vurur. Xalqın dolanışığını təmin etmətli olan iqtidar isə quru sərhədləri açmamaqla AZAL-a və digər aviaşirkət sahiblərinin, başqa sahələr üzərində azğın  monopolistlərin daha da varlanmaq üçün xalqın qanını  içmələrinə şərait yaradır”.
Tarix: 13-06-2022, 14:59
Xəbəri paylaş





Xəbər lenti