110-cu gün - Rusiyanın ehtiyatları tükənir, Ukrayna yeni silahlar alır: "Putin üçün çətin olacaq..."


"Müharibənin elə bir mərhələsi yetişib ki, burada hər iki tərəf yorulub. Həm Rusiya tərəfi yorulub, həm də Ukrayna tərəfi. Bəzi istisnalar var. Bu da ondan ibarətdir ki, Rusiya ordusu döyüşməkdən imtina edir".

Siam.az
xəbər verir ki, bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, artıq ruslar heç bir nəticə əldə edə bilmirlər, çoxlu itkiləri var: "Ukrayna ordusunun motivasiyası ondan ibarətdir ki, onlar yeni silahlar , yeni artilleriya qurğuları alırlar: "Bu qurğular Rusiya ordusunu həm dayanmağa, həm də tutduğu mövqelərdən geri çəkilməyə məcbur edir. Düşünürəm ki, bundan sonra da Rusiya ordusu üçün çox çətin olacaq və  vəziyyət daha da dramatikləşəcək. Hazırda müharibənin 110-cu günüdür. Sveredonetsklə bağlı Rusiya istədiyinə nail olmayacaq".
Ü.Cəfərli bildirdi ki, Ukrayna artıq o kritik dövrləri adlayıb: "Və Ukrayna üçün silahlar gəlməyə davam edir. Bunlar çox güclü silahlardır və Rusiyanın köhnə silahları bu silahlar qarşısında acizdir. Düzdür Rusiyanın bəzi üstünlükləri var. Hələ döyüş təyyarələri uçururlar, qalan raketlərdən istifadə edirlər. Amma Rusiyanın ehtiyatları tükənmək üzrədir. Şəxsi heyətlə bağlı üstünlük Rusiyanın tərəfində olsa da, insanların döyüş ruhu yoxdur".
Hərbi ekspertin sözlərinə görə, yaxın həftələrdə vəziyyət Rusiya üçün daha çətin olacaq: "Ukraynanın prezident adminstrasiyasının rəsmisi Dmitri Podolyak bugünlərdə verdiyi açıqlamada da bildirdi ki, Ukrayna Rusiyanı məğlub edənə qədər müharibəni davam etdirəcək. Bu Podolyakın sözü deyil,  bu Ukraynanın siyasi və hərbi rəhbərliyinin sözüdür. Ona görə də, onlar müharibəni sona qədər davam etdirəcəklər". 
Tarix: 14-06-2022, 13:51
Xəbəri paylaş





Xəbər lenti