"Sizin əlləriniz qana batıb, çünki Ukraynadakı müharibəni maliyyələşdirirsiniz..."


"Biz keçmişə düzəliş edə bilmərik, amma gələcəyi qura bilərik..."
 

"Əgər keçmişdə bərpa edilən enerjiyə daha çox vəsait yatırsaydıq, yerin altından çıxarılan yanacaqdan bu qədər güclü asılı olmazdıq..."
 
Məşhur aktyor Qərb liderlərinə vicdanlı olmağa çağırış edib...
 
Məşhur amerikalı aktyor və Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger iyunun 14-də Avstriyada keçirilən beynəlxalq iqlim konfransındakı çıxışı zamanı Qərb ölkələrinin liderlərinə Rusiya yanacağından imtina etməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" saytı məlumat yayıb.
 
"Ukraynadakı faciəyə baxın. Biz hamımız hər gün xəbərlərdə gördüklərimizdən dəhşətə gəlirik. Gəlin, özümüz özümüzlə dürüst olaq. Müharibənin ilk iki ayında Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi 1300 raketin ümumi dəyəri 7, 7 milyard avrodur. Bu, çox bahadır. Lakin eyni zamanda Avropa Rusiyaya yanacaq üçün 44 milyard avro ödəyib. Sizin əlləriniz qana batıb, çünki siz müharibəni maliyyələşdirirsiniz, - Şvartsenegger deyib.
 
Aktyor vurğulayıb ki, dünya liderlərində "yerdən çıxarılan enerjidaşıyıcılarını keçmişdə qoymaq üçün bütün lazımi texnologiyalara malikdir,  indi isə bu texnologiyaları tətbiq etmək üçün həm də mənəvi öhdəlikləri var".
 
"Biz sığınacaqlarda bombalardan gizlənən Ukrayna uşaqlarına borcluyuq", - Şvartsenegger deyib.
 
Kaliforniyanın sabiq qubernatorun nitqini özünün "Twitter" səhifəsində Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak dərc edərək, ölkələrə Ukraynanı Rusiyanın hərbi müdaxiləsi ilə mübarizə üçün silahlarla təmin etməyə çağırış edib.
 
"Biz keçmişə düzəliş edə bilmərik, lakin biz gələcəyi qura bilərik", - Podolyak belə yazıb.
 
Şvartseneggerin bəyanatına BMT-nin baş katibi Antoniu Qutteriş dəstək verərək, amerikalı aktyora sammit iştirakçılarına müraciətində minnətdarıq edib.
 
Öz bəyanatında Qutteriş Ukraynada müharibənin sövq etdiyi energetika böhranının nəticələrini enerjinin istehsalı və istehlakının mövcud sisteminin spesifikası ilə əlaqələndirib.
 
"Müharibə bizim üçün kədərli dərs olub, bizim energetik balansımız pozulub, - baş katib qeyd edib. - Əgər biz keçmişdə bərpa edilən enerjiyə daha çox vəsait yatırsaydıq, biz yerdən çıxarılan yanacağın qeyri-sabitliyindən bu qədər güclü asılı olmazdıq".
 
Əlavə edək ki, son məlumatlara gorə, Ukraynada müharibənin ilk 100 günündə Rusiya neft, qaz və kömür ixracından 93 milyard avro qazanc əldə edib.
 
Bu zaman Avropa İttifaqı bu həcmin 57 milyard dollar məbləğində 61 faizini idxal edib.
Tarix: 15-06-2022, 23:31
Xəbəri paylaş





Xəbər lenti